Arxiv
1 mart 2017, 13:10 | FOTOSÖHBƏT
Jurnalist Akif Cabbarlı ilə FOTOSÖHBƏT 

Modern.az saytı tanınmış jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Akif Cabbarlı ilə FOTOSÖHBƏT layihəsini təqdim edir.

Akif İsmayıl oğlu Cabbarlı 1951-ci ildə Qəbələ rayonunda anadan olub. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Həmin ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində yaradıcılıq fəaliyyətinə başlayıb.

Sonralar bir müddət “Komminist”“(Xalq qəzeti)” və “Azərbaycan” qəzeti redaksiyalarında çalışıb. 2011-ci ildən yenidən AzTV-də əmək fəaliyyətini davam etdirən A.Cabbarlı hazırda İctimai Televizya və Radio Yayımları Şirkətinin əməkdaşıdır.

Televizya və Radio jurnalisti kimi tanınsa da publisistik yazılar, hekayə və ssenarilər, səfər təəssüratlarını əhatə edən 4 kitabın müəllifidir. Ailəlidir, iki övladı, 4 nəvəsi var.

Akif Cabbarlı ömrünün müxtəlif dönəmlərində çəkilmiş fotoşəkilləri bu sözlərlə şərh edir: 

Orta məktəbi qurtarıb Azərbaycan Dövlət Universitetinə imtahan verdim, lakin müsabiqədən keçmədim. Sumqayıt Sintetik-Kauçuk zavodunun radio qovşağında işə düzəldim və bir il orada çalışdım. Jurnalist fəaliyyətim belə başladı. 

Tələbə yoldaşlarım Rasim Amanov və Mustafa Sadıqovla Naxçıvanda hərbi təlim toplanışında. O zaman Jurnalistika fakültəsinin 3-cü kursunu yenicə bitirmişdik. 

Kiçik qardaşımın Bakıya gəlişindən bir foto-xatirə. İndi Aydının 51 yaşı var.

Universiteti təzəcə bitirmişdim və günlərin birində yolum Litvanın Şaulyay şəhərinə düşmüşdü. 

Bu libası mənə 1988-ci ildə Kislovodskda bir erməni fotoqraf üzünə salıb geyindirdi və yəhərin üzəngisini basıb ata mindirdi...

Bu şəkli hələ tələbə ikən Qəbələnin yerli jurnalistləri ilə çəkdirmişdik. 

Qızım Pərvin və oğlum Orxan valideynləri ilə birgə çox rahat və xoşbəxtdirlər.

Tələbə yoldaşlarım ilə Filarmoniya bağında.

AzTV-dəki dostlarımla birlikdə.

Heyvanları çox sevirəm. Pişiklərə isə xüsusi rəğbətim var.

AzTV-nin həyəti. İş yoldaşlarım və dostlarım Əli Nəcəfxanlı və Azad Müzəffərli ilə. 

Əmim və dostum Ələsgər müəllimə Zərdabi mükafatı təqdim olunanda dedik ki, bəlkə bir şəkil də çəkdirək...

Həmkarlarım və dostlarım Samir Elmanoğlu və Telman Nəzərli ilə bir toy məclisində.

Yaxın dostum və həmyerlim Ağalar İbrahimovla ailəvi görüşümüz həmişə ürəyimizdən olur. 

Bu oğlanlar da mənim neftçi dostlarımdır. 

Şair dostum Akif Səmədin Qazaxın İncə dərəsində uyuyan məzarını ziyarət edirik.

”Azərbaycan” qəzeti redaksiyasında həmkarlar komitəsinin sədri kimi əməktaşların bayram sevincinə qatılmaqdan həmişə böyük zövq alırdım. 

Telesüjetlərin hazırlanması böyük diqqət və həm də səbr tələb edir. 

Azərbaycan Televizya və Radio verilişləri QSC-nin Həmkarlar İttifaqı Komitəsinin sədri Sərhəd Qasımov ad günüm münasibəti ilə rəhbərliyin və yerli komitənin təbrikini köhnə dostum kimi mənə təqdim edir. 

2008-ci ildə Çində səfərdə idik. Pekinin sakit guşələrinin birində səfər yoldaşım Vladimir Morozkov çəkmişdi bu şəkli. 

Böyük söz adamı Zəlimxan müəllim ilə hələ universitet illərindən dost idik, qardaş idik. 

Amerika səfəri çərçivəsində mühüm görüşlərin birində. Səhv etmirəmsə Sent-Luis bələdiyyəsindəyik.

Bu şəkil də Afinada, Akropolda çəkilib.

2002-ci ildə ABŞ Dövlət Departamentinin dəvəti ilə bir qrup jurnalistlə bu ölkədə səfərdə idim. Bu şəkil də Departamentin qarşısında çəkilib.

Bacım Dilşadın yubiley yaşında onun həyat yoldaşı Hüseyn bəyi də tərifləməyi özümə borc bilmişdim. 

Atalı günlərin əvəzi yox imiş. İsmayıl kişi mənə yalnız dədəlik deyil,  həmdə yaxın dostluq edirdi həmişə. 

Böyük Vətən Müharibəsi veteranı olan atam hər il mayın 9 da bizi Qəbələdəki Ana abidəsinin önündə qarşılayardı...

Hamımız bir yerdəyik. Oğlum, gəlinim, qızım, kürəkənim, nəvələrim, bir də ki, evimizin sütunu. O vaxt hələ kiçik nəvəm, adımın daşıyıcısı anadan olmamışdı.

Bu şəkli ilk nəvəm Kənanla Zaqatalada yeni il bayramlarının birində çəkdirmişik.

 

Pərvin Arzuqızı

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Tramp Lavrovla görüşdü 11 Dekabr 2019, 00:56 Dadaşlinski Elxan Məmmədovu sorğuladı - VİDEO 11 Dekabr 2019, 00:34 Bakıda 44 yaşlı kişi döyüldü 11 Dekabr 2019, 00:16 Daha 2 komanda Çempionlar Liqasının 1/8 finalında 10 Dekabr 2019, 23:58 “EuroHome”un yaxınlığında dəhşətli qəza: 2 tələbə öldü - VİDEO, +18 10 Dekabr 2019, 23:45 Müsavat növbədənkənar seçkiyə bu namizədlərlə gedir: eks-deputatlar, professorlar, hüquqşünaslar, jurnalistlər, politoloqlar... 10 Dekabr 2019, 23:34 Yaponiyada 5,7 bal gücündə zəlzələ oldu 10 Dekabr 2019, 23:10 “Olduqca vacib vəsaitdir” - Ekspert AzEdu.az-ın “Kurikulum bələdçisi”ndən yazdı 10 Dekabr 2019, 22:47 Nobel mükafatlarının təqdimatı oldu 10 Dekabr 2019, 22:24 “EuroHome”un qarşısında bədbəxt hadisə: 2 ölü 10 Dekabr 2019, 22:07 Azərbaycan neftinin qiyməti dəyişdi 10 Dekabr 2019, 21:52 Sabiq müdafiə naziri güllələndi 10 Dekabr 2019, 21:37 ABŞ-dan daha bir ölkəyə qarşı sanksiyalar 10 Dekabr 2019, 21:22 Britaniya səfiri Şəkidə 10 Dekabr 2019, 21:08 Gələn ildən “WhatsApp” bu telefonlarda işləməyəcək 10 Dekabr 2019, 20:53 Qətərdə keçirilən simpoziumda Ermənistanın işğalçılıq siyasəti tənqid edildi 10 Dekabr 2019, 20:51 Pompeo ilə Lavrov arasında görüş keçirilir 10 Dekabr 2019, 20:41 Jurnalistlər Milli Qəhrəmanın adı üstündə mübahisə etdilər: “Hətta dostumdan ayrılsa idim…” 10 Dekabr 2019, 20:33 Şirvanda yeni doğulan körpə öldü 10 Dekabr 2019, 20:16 Putin qardaşının ölümündən danışdı 10 Dekabr 2019, 20:02 Messi “İnter”lə matçda oynamayacaq 10 Dekabr 2019, 19:44 Gəncədə qadın əməliyyat zamanı öldü 10 Dekabr 2019, 19:28 Yol polisinin saxladığı şəxs özünü bıçaqladı 10 Dekabr 2019, 19:11 Gömrük Akademiyasında seminar keçirilib 10 Dekabr 2019, 18:58 Goranboyda nazir müavininin iştirakı ilə müşavirə keçirildi 10 Dekabr 2019, 18:41 Başqasının yerinə imtahan verənlər cinayət məsuliyyətinə cəlb olunacaq - QƏRAR 10 Dekabr 2019, 18:27 MTRŞ qalmaqallı tezliklə bağlı açıqlama YAYDI - “Guya Çingiz Mustafayevə aid olan...” 10 Dekabr 2019, 18:10 Putin: “Ukraynada ikinci Serebrenitsa qətliamı ola bilər” 10 Dekabr 2019, 18:08 Rövşən Rzayev vətəndaşları qəbul edib 10 Dekabr 2019, 18:04 Bu həkimlərin maaşı 50 faiz artdı - SƏRƏNCAM 10 Dekabr 2019, 17:44 Elmar Məmmədyarov Latviyaya gedəcək 10 Dekabr 2019, 17:37 Erkin Qədirli: “Deputat seçilsəm, 4 halda mandatdan imtina edəcəm” 10 Dekabr 2019, 17:26 “102 FM tezliyinin Çingiz Mustafayevin adına heç bir aidiyyəti yoxdur” - Mirşahin 10 Dekabr 2019, 17:21 Azercell ilə dahi Nəsiminin irsindən zövq alın - VİDEO 10 Dekabr 2019, 17:10 “Azəriqaz”ın rəhbəri müşavirə keçirdi 10 Dekabr 2019, 17:04