Arxiv
9 Sentyabr 2015, 15:50 | FOTOSÖHBƏT
Xalq artisti Habil Əliyevlə FOTOSÖHBƏT

Modern.az saytı məşhur kaman ustadı Habil Əliyevlə fotosöhbət layihəsini təqdim edir.

Habil Mustafa oğlu Əliyev 1927-ci il may ayının 28-də Azərbaycan Respublikası Ağdaş rayonunun Üçqovaq kəndində anadan olub. Yeddi yaşında ikən rayon mərkəzindəki 3 saylı yeddiillik məktəbə gedib. Həmin illərdə məşhur xanəndə və musiqi müəllimi Əhməd Ağdamski (Əhməd Bəşir oğlu Bədəlbəyli) Habilgilin evində kirayədə yaşayırdı. Əhməd Ağdamskinin yaşadığı evə vaxtaşırı musiqiçilər toplaşar, muğamlardan, təsniflərdən, xalq mahnılarından danışar, yeri gəldikcə onlardan parçaları tarda, ya kamançada ifa edərdilər. Balaca Habil uşaq marağı ilə çalğıya qulaq asar, mənasını kəsdirmədiyi söhbətləri dinləyərdi. Elə həmin vaxtdan da Habilin qəlbinə sənətə məhəbbət közü düşmüş, günbəgün, aybaay alışıb alovlanmağa başlamışdı.

Ağdaş musiqi məktəbinə qəbul olan H.Əliyev əvvəlcə tarla maraqlanıb. Ancaq fiziki cəhətdən zəif olduğu üçün biləyi tara tab gətirməyib. Kamançanı seçib. Elə həmin vaxtdan da meylini kamana salıb.

Yeddinci sinifi və həm də musiqi məktəbini bitirəndən sonra Habil pedaqoji məktəbə daxil olub. O, pedaqoji məktəbdə oxumaqla bərabər axşamlar Nəcəf bəy Vəzirov adına Ağdaş Dövlət Dram teatrında işləyib, kamança çalıb. Balaca Habil eyni zamanda Ağdaş rayon pionerlər evində rəqs dərnəyinin də üzvü idi və o, 1944-cü ildə Bakıda keçirilən baxış müsabiqəsinin qalibi olub.

H.Əliyev 1947-ci ildə Ağdaşda Pionerlər evində dərnək rəhbəri olub.

1952-ci ildə Bakıya gəlib Asəf Zeynallı adına orta ixtisas Musiqi Məktəbinin kamança şöbəsinə daxil olub. Görkəmli tarzən Qurban Pirimovdan və məşhur müğənni Xan Şuşinskidən muğam sənətinin sirrlərini öyrənməyə başlayıb.
Habil Əliyev 1953-cü ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında əvvəlcə rəqs ansamblında müşayiətçi, sonra isə trioda kamança çalan kimi fəaliyyətə başlayıb. Seyid Şuşinski, Həqiqət Rzayeva, Xan Şuşinski, Zülfü Adıgözəlov, Mütəllim Mütəllimov, Şövkət Ələkbərova, Sara Qədimova, Fatma Mehrəliyeva kimi sənatkarların konsertlərində müşayiətçi olan Habil Əliyev həvəslə onların ölməz irsindən bəhrələnir.

1961-ci ildə Habil Əliyevin televiziyada ilk konserti olub. Onun yeni ifaçılıq texnikası ilə çaldığı "Segah"musiqisevərlər arasında geniş söz-söhbətə səbəb olub.

Habil Əliyev ğtən əsrin 50-ci illərin sonu, 60-cı illərin əvvəllərində mahir kamança ustası kimi formalaşıb el arasında geniş şöhrət tapıb.
Habil Əliyev keçmiş SSRİ respublikalarında və eləcə də dünyanın bir çox ölkələrində Türkiyə, Amerika, Almaniya, İngiltərə, Fransa, Hindistan, Pakistan, İran, Misir, İsveçrə, Hollandiya, Tunis, Yaponiya, Suriya, Mozambik və s., qastrol səfərlərində olub.

Ustad sənətkar virtuoz ifaçılığı ilə yanaşı gözəl mahnıların da müəllifidir. Onun bəstələdiyi 15-dən artıq mahnı bu gün də tanınmış musiqiçilər tərəfindən sevilə-sevilə ifa olunur. Habil Əliyevin dünyanın böyük dövlətləri olan ABŞ, Fransa, Yaponiya, İtaliya və Yunanıstanda Azərbaycan muğamlarından və xalq mahnılarından ibarət kompakt diskləri də buraxılıb.

Habil Əliyev sənətdə göstərdiyi xidmətlərinə görə 29 iyun 1964-cü ildə "Əməkdar artist", 11 yanvar 1978-ci ildə isə "Xalq artisti" fəxri adlarına layiq görülüb. Dövlət tərəfindən dəfələrlə müxtəlif orden və medallarla, döş nişanları və fəxri fərmanlarla təltif olunub. Respublika Prezidentinin Fərdi təqaüdçüsü olub.

1954-cü ildə ailə quran sənətkarın 3 qızı, 1 oğlu, 8 nəvəsi var.

 

1942-ci il. 15 yaşındayam...

 

Bakıda keçirilən baxış müsabiqəsində rəqs edərəm. 1944-cü il  idi, mən müsabiqənin qalibi oldum.

Məşhur qəzəlxan Əliağa Vahidlə. 1957-ci il.

 

Artıq 31 yaşım var. 1958-ci ildi...

Həyat yoldaşı Şərqiyyə xanımla Kislovodskiyə dincəlməyə getmişdik. 1960-cı il.

1961-ci ildə Suriyaya qastrola getmişdik...

Üç məşhur bir arada. Solda xanəndə Yaqub Məmmədov, ortada tarzən Həbib Bayramov və mən. 1964–cü il.

1968-ci il. Bir məclisdə muğam çalınır, biz xəyala dalmışıq.

Ayaq üstə soldan soğa: Habil Əliyev, qızı Vəfa, qardaşı Tahir. Oturanlar soldan sağa: Şərqiyyə xanım, oğlu Rəvan, qızı Rəna, qardaşının həyat yoldaşı Solmaz xanım və qardaşı oğlu Ülvü. 1969-cu il. 

1971-ci il idi. Qızım Rəna və oğlum Rəvan və xanımımla Moskvadayıq. Bu da ordan bir xatirədi...

 

Fransa. Noterdam kilsəsi qarşısında. 1972-ci il.

 

1977-ci il. Mahir kamança ustası kimi el arasında şöhrətim artıb...

 

Qızlarım Vəfa və Rəna ilə. 1975-ci ildə çəkilib.

 

Bu da oğlum Rəvan. 1975-ci il.

Dahi bəstəkar, SSRİ xalq artisti Fikrət Əmirovla. 1982-ci il.

Görkəmli bəstəkar Səid Rüstəmovla. 1982-ci il.

Bu şəkil 1982-ci ildə lentə alınıb. Xalq şairi Bəxtiyar Vahabzadə və xalq artisti Şövkət Ələkbərovayla birgə...

1986-cı il. Pakistanda qastroldayam.

Sənət dostlarım: iki məşhur xanəndə... Solda İslam Rzayev, sağda Mais Salmanov.

Rəssamlar İttifaqının sədri Fərhad Xəlilovla sənətdən danışırıq.

Nepaldayıq. 1987-ci il.

Xalq artisti Məlik Dadaşovu təqdim etməyə ehtiyac yoxdu. 1987-ci il.

İki baməzə dost... Allah Hacıbaba Bağırova rəhmət eləsin...

1990-cı il idi. Tehrana qastrola getmişdim. İran jurnalisti məndən müsahibə alır.

 

SSRİ xalq artisti Zeynəb Xanlarova ilə. İndi belə ifaçılarımız azdır...

 

İslam dövlətlərinin incəsənət ustaları arasında. Tehran. 1991-ci il.

 

Rəhmətlik Məmmədbağır Bağırzadə ilə yaxşı dost idik... Tez getdi həyatdan...

 

Oğlum Rəvan. Bir ara onu da müğənni kimi telekanallarda görmüsünüz.

 

Ümummili lider Heydər Əliyevlə. "Gülüstan sarayı". 1997-ci il.

 

İranda çox məşhuram. İran İslam Respublikasının sabiq prezidenti Məhəmməd Xatəmi mənimlə salamlaşır...

 

Pərəstişkarlarımın əhatəsində. Avtoqraf alırlar...

 

Dövlətdə dəvə, övladda nəvə... Nəvələrimizlə birlikdəyik...

 

1998-ci ildə İranda səfərdəyəm. Məşhur İran sənətkarları professor Əli Təcvidi və tarzən Cəlil Şahnaz ilə. 

 

2003-cü ildə ailəmiz üçün əziz məclislərin biri.. Şərqiyyə xanımla rəqs edərkən...

Bu şəxs böyük yunan musiqiçisi Ross Dalidir. 2004-cü ildə Yunanıstandayam.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları ilə. "Gülüstan sarayı". 2005-ci il. 

 

Ekspromt müsahibə. 2005-ci il. 

 

Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban xanım Əliyeva ilə. Dövlət Filarmoniyası. 2006-cı il 

 

Gitaraçı Rəhman Məmmədli və xalq şairi Zəlimxan Yaqubla...

 

Kamança ruhumu qidalandırır...

 

Sənət dostlarım... Şəkildəkilərin hamısını tanıyarsınız...

 

Dünyanın dörd bir yanında olmuşam. Şərqiyyə xanımla Hollandiyada səfərdəyik...

 

Ömür keçib, gün keçib, cavan olmaram bir də mən...


Modern.az

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ermənistan müxalifətində parçalanma – Sarkisyan Koçaryana QARŞI 13 Aprel 2021, 11:10 Həftəlik hava PROQNOZU 13 Aprel 2021, 11:09 Xocalı soyqırımını heç vaxt unutmayacağıq - İlham Əliyev 13 Aprel 2021, 11:04 İmişlidə qətl törədən şəxsin cinayət işi məhkəməyə göndərildi 13 Aprel 2021, 11:00 Ordumuzun sülhməramlı bölmələrində təlimlər keçirilib - VİDEO 13 Aprel 2021, 10:55 Sahil Babayevin 1686 əməkdaşı CƏZALANDIRILDI 13 Aprel 2021, 10:50 “Baku Steel Company”dəki qəza ilə bağlı AÇIQLAMA 13 Aprel 2021, 10:46 Zelenski: “Rusiya Ukrayna-Qərb münasibətlərini sınağa çəkir” 13 Aprel 2021, 10:41 Azərbaycan bu xarici universitetlərin diplomlarını tanımır - SİYAHI 13 Aprel 2021, 10:40 Təyyarəçi olmaq istəyən jurnalist - Osman Mirzəyev - FOTOLAR 13 Aprel 2021, 10:36 İlham Əliyev: “Azad etdiyimiz ərazilərdəki dağıntılar gözlədiyimizdən də artıq idi” 13 Aprel 2021, 10:32 Agentlik nöqsanlar aşkarlanan restoranı BAĞLADI 13 Aprel 2021, 10:28 “Sərt karantin tədbirlərinin tətbiq olunmaması məqsədəuyğundur” - Vüqar Bayramov 13 Aprel 2021, 10:22 “Münaqişədən sonrakı inkişafla bağlı hələ çox məsələlər var” - Prezident 13 Aprel 2021, 10:17 Qarabağda 13 hidroloji stansiya quraşdırılacaq 13 Aprel 2021, 10:12 “Ramazan ayı ötənilki qaydalar çərçivəsində keçiriləcək” - Hacı Şahin 13 Aprel 2021, 10:06 Qafqaz Müsəlmanları İdarəsində seçkilər: gündəmdə deyil 13 Aprel 2021, 10:00 Prezident universitetdə çıxış edir - CANLI 13 Aprel 2021, 09:54 Ötən gün 8 koronavirus xəstəsi yaxalandı, 3 nəfərə cinayət işi açıldı 13 Aprel 2021, 09:48 DİM bu tarixlərdə 25 şəhər və rayonda buraxılış imtahanı keçirəcək 13 Aprel 2021, 09:42 Azərbaycanda yaşa görə pensiya alanların sayı AÇIQLANDI 13 Aprel 2021, 09:36 Niyaməddin Musayev xəstəxanadan evə buraxıldı 13 Aprel 2021, 09:30 Oruc tutmaq koronavirusa yoluxmaq ehtimalını artırır? 13 Aprel 2021, 09:24 Deputatlar bu gün 9 məsələyə görə TOPLAŞIR 13 Aprel 2021, 09:18 Neftin bahalaşması davam edir 13 Aprel 2021, 09:12 "İnstaqram"ın işində problem yarandı 13 Aprel 2021, 09:06 Çində koronavirusla bağlı SON VƏZİYYƏT 13 Aprel 2021, 09:00 Siyəzəndə 18 yaşlı qız su kanalında batıb 13 Aprel 2021, 08:52 Manatın xarici valyutalara qarşı MƏZƏNNƏSİ 13 Aprel 2021, 08:45 ABŞ-ın yeni Müdafiə naziri qadın olacaq 13 Aprel 2021, 08:38 Bir qrup jurnalist Cəbrayıl və Qubadlıya getdi 13 Aprel 2021, 08:30 Ürək krizi keçirən xəstəyə ilk tibbi yardım 13 Aprel 2021, 08:22 Çavuşoğlu ilə ABŞ-ın Dövlət Katibi arasında telefon danışığı olub 13 Aprel 2021, 08:15 Bu gündən MİQ üzrə növbəti onlayn müsahibələrə start verilir 13 Aprel 2021, 08:08 Toy mərasimi keçirmək istəyən 12 nəfər cərimələndi 13 Aprel 2021, 08:00