Modern.az

Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin görüşü keçiriləcək

Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin görüşü keçiriləcək

Aktual

31 Avqust 2017, 16:34

6 sentyabr 2017-ci il tarixində Bakı şəhərində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov, Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidze və Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlunun iştirakı ilə Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin altıncı üçtərəfli görüşü keçiriləcək.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Azərbaycan-Gürcüstan-Türkiyə formatında xarici işlər nazirləri səviyyəsində birinci üçtərəfli görüş 8 iyun 2012-ci ildə Trabzonda keçirilib.

28 mart 2013-cı ildə Batumidə adıçəkilən formatda keçirilən ikinci görüşün yekunlarına əsasən 2013-2015-ci illər üçün nəzərdə tutulmuş Üçtərəfli Sahəvi Əməkdaşlıq üzrə Fəaliyyət Planı qəbul olunub.

19 fevral 2014-cü ildə Gəncə şəhərində hər üç ölkənin xarici işlər nazirlərinin üçüncü görüşü baş tutub. Bunun ardınca həmin ilin 10 dekabr tarixində Qarsda, 19 fevral 2016-cı ildə isə Tbilisidə müvafiq olaraq dördüncü və beşinci üçtərəfli formatda görüşlər keçirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub