Arxiv
23 Oktyabr 2017, 17:49 | AKTUAL
Kamal Abdulla BMT nümayəndəsi ilə görüşüb

Qonaq ADU-nun “Səfir saatı”nda tələbələrə mühazirə oxuyub Oktyabrın 23-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla BMT-nin Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi Qulam İshaqzai ilə görüşüb.

 

Qonağı salamlayan K.Abdulla ümid etdiyini bildirib ki, onun “Səfir saatı” layihəsi çərçivəsində mühazirəsi ADU-da ilk və son mühazirəsi olmayacaq və mütəmadi olaraq tələbələrlə görüşərək öz fikirlərini onlara çatdıracaq. Azərbaycanda multikultural mühitin və ideyaların lap qədim zamanlardan mövcud olmasından söhbət açan K.Abdulla “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabını qonağa hədiyyə edərək onun haqqında geniş məlumat verib.

 

Q.İshaqzai, öz növbəsində rektora yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Azərbaycanın BMT-yə üzvlüyünün 25-ci ildönümünün tamam olduğunu qeyd edən qonaq bu münasibətlə baş tutacaq “BMT həftəsi”nin ilk tədbirinin Dillər Universitetində başladığını söyləyib və buna görə öz minnətdarlığını ifadə edib. O, əməkdaşlığın bundan sonra daha yüksək səviyyədə inkişaf edəcəyinə ümid etdiyini bildirib. Gənclərin BMT-nin fəaliyyətinin əsas iştirakçıları olduqlarını vurğulayan Q.İshaqzai onlarla təmasdan həmişə məmnun olduğunu deyib.

 

Görüşdən sonra Q.İshaqzai universitetdə həyata keçirilən yeni “Səfir saatı” layihəsi çərçivəsində universitetin tələbələri ilə görüşüb. “Birləşmiş Millətlər Təşkilatı-Azərbaycan: 25 illik tərəfdaşlıq” mövzusunda mühazirə deyən Q.İshaqzai təşkilatın yaranması və fəaliyyətindən danışıb.

 

Tarixi faktları qeyd edən Q.İshaqzai təşkilata daxil olan qurumlardan bəhs edib. BMT-nin məqsədlərindən danışan Q.İshaqzai üzvlərin bərаbərliyi, bеynəlхаlq münаsibətlərin sülh vаsitəsi ilə həll еdilməsi, bütün üzvlərə köməklik göstərmək, bеynəlхаlq sülhü və təhlükəsizliyi təmin еtmək, insаnlаrın əsаs hüquq və аzаdlıqlаrınа hörmət еtmək kimi prinsiplərin mahiyyəti haqqında ətraflı məlumat verib.

 

Təşkilata üzv olan dövlətlərdən söz açan qonaq Azərbaycanın da 1992-ci ildən başlayan üzvlüyündən bəhs edib. BMT-nin 25 illik əməkdaşlıq çərçivəsində Azərbaycan üçün göstərdiyi xidmətlərdən danışan Q.İshaqzai bеynəlхаlq humаnitаr, mədəni, sоsiаl, iqtisаdi хаrаktеrli prоblеmlərin həlli, insаnlаrа hеç bir fərq qоymаdаn görülən işlərdən söz açıb. Q.İshaqzai gənclərə müzakirələr aparıb alternativləri tapmaq istiqamətində fəal olmağı tövsiyə edib.

Görüş tələbələri maraqlandıran sualların cavablandırılması ilə davam edib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycan neftinin qiyməti 56 dolları ötdü 20 Yanvar 2021, 11:48 Sumqayıtda karantini pozan restoran sahibi saxlanıldı 20 Yanvar 2021, 11:42 Şuşada “Xarı bülbül” festivalı və Vaqif poeziya günlərinin keçirilməsi ilə bağlı işlərə başlanıldı 20 Yanvar 2021, 11:32 Şuşanın azad edilməsi gün şəhidlərimizin ruhu rahatlıq tapdı - VİDEO 20 Yanvar 2021, 11:26 “Şəhidlərimizin xatirəsi hər zaman bizim üçün əziz qalacaq” - Sahibə Qafarova 20 Yanvar 2021, 11:20 Nazir polis rəisini işdən azad etdi 20 Yanvar 2021, 11:18 Atamın şilləsi, sevgisi və 20 yanvar 20 Yanvar 2021, 11:16 Göyçayda keçmiş məhkumdan narkotik götürüldü 20 Yanvar 2021, 11:14 Qar ən çox bu rayonlarda yağıb - Faktiki hava 20 Yanvar 2021, 11:10 İlham Əliyev uyğun bilsə Bağçalı öz hesabına Şuşada məktəb tikdirəcək  - Səfir  20 Yanvar 2021, 11:05 “Döyüşmək Vətən borcudur, buna görə özünü kimdənsə üstün tutmaq olmaz” - Qalib zabitlə SÖHBƏT 20 Yanvar 2021, 11:01 Türkiyənin Azərbaycandakı səfiri nə zaman gedir?  -  ÖZÜ AÇIQLADI 20 Yanvar 2021, 10:57 Tramp prezidentliyinin son günü 73 nəfəri əfv etdi 20 Yanvar 2021, 10:51 Məktəblərdə daxili qiymətləndirmələr necə müəyyənləşəcək? 20 Yanvar 2021, 10:47 Qarabağda daha bir erməni hərbçinin cəsədi TAPILDI 20 Yanvar 2021, 10:42 Saat 12:00-də bir dəqiqəlik sükut olacaq 20 Yanvar 2021, 10:40 Los Ancelesdə Qara Yanvar faciəsi barədə film  - VİDEO 20 Yanvar 2021, 10:35 Nazir müavini: “Mən də vaksin vurdurmuşam və özümü yaxşı hiss edirəm” 20 Yanvar 2021, 10:30 Şuşada tarixi abidələrin monitorinqi aparılır 20 Yanvar 2021, 10:24 Rusiyanın bu şəhərində 50 dərəcə şaxta qeydə alındı 20 Yanvar 2021, 10:18 “Şəhidlərimizin ruhu şaddır” - Prezidentin köməkçisi 20 Yanvar 2021, 10:12 20 yanvar... 300 il keçsə də... 20 Yanvar 2021, 10:06 Putinin sarayı” - Navalnının yeni ARAŞDIRMASI - VİDEO 20 Yanvar 2021, 10:00 Şərin Xeyirə qalib gəldiyi an - 20 Yanvar 20 Yanvar 2021, 09:54 Türkiyə səfirliyi Ümumxalq Hüzn Günü ilə bağlı məlumat yaydı 20 Yanvar 2021, 09:48 Rusiya səfirliyi ABŞ Dövlət Departamentinə nota göndərdi 20 Yanvar 2021, 09:42 Türkiyə hərbçiləri Suriyada terrorçuları zərərsizləşdirdi 20 Yanvar 2021, 09:36 Polkovnik İlqar Mirzəyevin qisası üçün döyüşə gedən könüllü - Bir şəhidin HƏYAT YOLU 20 Yanvar 2021, 09:30 Cəbhəboyu ərazilərdə partlamamış hərbi sursatlar aşkarlandı - FOTO 20 Yanvar 2021, 09:24 Birinci sinif şagirdlərinin summativ qiymətləndirilməsi aparılmayacaq 20 Yanvar 2021, 09:18 Trampla xanımı bu gün Vaşinqtonu tərk edəcək 20 Yanvar 2021, 09:12 Mehriban Əliyevadan 20 Yanvarla bağlı paylaşım - FOTO 20 Yanvar 2021, 09:06 Azərbaycan-Türkiyə arasında ikili vətəndaşlığa icazə verilə bilər 20 Yanvar 2021, 09:00 Xarici İşlər Nazirliyi “20 Yanvar bəyanatı” yaydı: “Sifarişçilər və icraçılar cəzalandırılmalıdır” 20 Yanvar 2021, 08:49 Pəhrizsiz arıqlamaq istəyənlər bu qaydalara əməl etsin - SİYAHI 20 Yanvar 2021, 08:40