Arxiv
9 Yanvar 2018, 12:02 | FOTOSÖHBƏT
Kəlbəcərlə FOTOSÖHBƏT 

Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur. Ən hündür zirvələri Camışdağ dağındakı zirvə (3724 m) və Dəlidağdır (3616 m). Ərazinin çox hissəsi meşəlikdir. Kəlbəcər qərbdə Ermənistan Respublikası, şimalda Daşkəsən, Göy-Göl və Goranboy, şimali-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir. 

 

Kəlbəcər rayonu faydalı qazıntılarla, o cümlədən qızıl, xrom yataqları ilə zəngindir. Sənaye əhəmiyyəti olan civə ehtiyatları Kəlbəcər rayonundakı Şorbulaq və Ağyataq ərazisində yerləşir. Alagöllər, Qaragöl, Zalxa gölü və s. gölləri var. Rayonda əsasən çimli dağ-çəmən və qonur dağ-meşə torpaqları yayılıb. Meşələrin ümumi sahəsi 30 min hektara yaxındır.

 

Bu səfalı rayon 2 aprel 1993-cü ildən təcavüzkar Ermənistanın işğalı altındadır. Həmin tarixdən sonra rayonun əhalisi ölkənin 44 rayon və şəhərində məskunlaşıb.

Erməni təcavüzünə məruz qalan Kəlbəcərdə 511 nəfər şəhid olub, 231 nəfər itkin düşüb. 130 yaşayış məntəqəsi, dünya şöhrətli “İstisu” sanatoriyası, 500-dən artıq sənaye, tikinti, məişət, ticarət obyekti, 172 mədəniyyət obyekti, 96 ümumtəhsil məktəbi, 76 səhiyyə obyekti, 1 muzey darmadağın edilib. 100 min baş qaramal, 500 min baş qoyun-quzu, 100-lərlə maşın, texnika, avadanlıq talan olunub.

 

Modern.az saytı hazırda düşmən işğalında olan Kəlbəcərin fotolarını təqdim edir. Fotoları şəkilaltı sözlərlə Kəlbəcər muzeyinin direktoru Bərzani Əskərov şərh edib. 

 

"İstisu" sanatoriyası, Kəlbəcərə gələnlərin ilk üz tutduğu ünvanlardan biridir. Bura yalnız azərbaycanlılar deyil, dünyanın bir yerindən gəlirdilər. 

 

Kəlbəcər tuneli - uzunluğu 2 km olan tunel 35 kəndi rayon mərkəzi ilə birləşdirirdi.

 

 

Kəlbəcər Bazarı 

 

Gəncəsər Alban məbədi, Vəng kəndində yerləşir

 

Aşıq Şəmşir adına Kəlbəcər Rayon Mədəniyyət Evi

 

Tutqu çayı üzərində körpü

 

Dünyada tayı bərabəri olmayan Kəlbəcər qayaları - rayonun alt hissəsində yerləşir

 

 

Kolataq kəndi

 

 

Zülfiqarlı kəndində olan İstisu

 

 

Löh qalası, Qanlıkənd kəndi

 

 

Xudavəng monastrı

 

Tarix Diyarşünaslıq müzeyi

 

Tutqu çayı

 

Tərtər çayı

 

Kəlbəcər şahmat məktəbi

 

Mədəniyyət evindən görüntü

 

Kəlbəcərdə qablaşdırılan "İstisu" mineral suyu

 

 

Kəlbəcərli uşaqların sevincli anları, səhv etmirəmsə 1 may qeyd olunur

 

 

İşğal olunmuş Kəlbəcərin sakinləri məcburi köçə məruz qalır

 

 

Bu isə illər sonra əzizlərininin məzarını ziyarətə gedən və ermənilər tərəfindən öz ata-baba torpaqlarında girov götürülən Dilqəm Əsgərovun fotosu. İllər sonra Kəlbəcərdə Azərbaycan bayrağını dalğalandırır.

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
ABŞ səfirliyi amerikalı idman elçilərinin Azərbaycan səfərini maliyyələşdirir 19 İyun 2019, 10:45 Prezidentin maaşlarla bağlı sərəncamları – 2 milyon insanı əhatə edir 19 İyun 2019, 10:31 Sosial dəyərlərə çevrilən iqtisadi dəyərlər... 19 İyun 2019, 10:28 Badamlı yeni istehsal sahəsi açır - FOTOLAR 19 İyun 2019, 10:11 “Ərəb baharı” nəyə görə demokratik dəyişikliklərə yol aça bilmədi? - TƏHLİL 19 İyun 2019, 10:07 Çingiz Qənizadə seçicilərin problemlərini dinləyib 19 İyun 2019, 10:01 Minimum əməkhaqqı artımı 950 min insanı əhatə edəcək 19 İyun 2019, 10:01 Azərbaycanla BƏT arasında əməkdaşlıq müzakirə olunub 19 İyun 2019, 09:52 Deputat Sədaqət Vəliyeva Prezidentin maaşlarla bağlı sərəncamı HAQDA... 19 İyun 2019, 09:47 Başına 4  milyon qoyulan PKK terrorçusu məhv edildi 19 İyun 2019, 09:38 Azərbaycanda 21 yaşlı qız itkin düşdü – FOTO 19 İyun 2019, 09:34 Hicablı xanımlar kişilərlə əl-ələ görüşə bilər 19 İyun 2019, 09:29 Mübariz İbrahimovun anım günüdür 19 İyun 2019, 09:17 “University Foundation Center”də beşinci buraxılış gecəsi keçirildi 19 İyun 2019, 09:11 Babək prospektində qəza oldu - tıxac yarandı 19 İyun 2019, 09:05 Con Bolton Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasındakı görüşdən YAZDI 19 İyun 2019, 09:00 Şəhid Rəşad Niftalıyevin “Sonuncu zəng”i: “Bizə dedi ki, yanıma gəlməyin!” 19 İyun 2019, 08:52 Azay Quliyev Prezidentə təşəkkür etdi 19 İyun 2019, 08:43 Manat və dolların məzənnəsi   19 İyun 2019, 08:27 Amerikanın azərbaycanlı dirijoru 19 İyun 2019, 08:24 Ağstafadakı dəhşətli cinayətin daha bir görüntüsü yayıldı - VİDEO 19 İyun 2019, 00:46 Masallıda avtobusdan düşən sərnişini maşın vurdu 19 İyun 2019, 00:24 Fatmayı kəndində toyda kütləvi dava 19 İyun 2019, 00:11 Azərbaycan nefti ucuzlaşdı 18 İyun 2019, 23:57 Türkiyədə 10 nəfəri sel apardı 18 İyun 2019, 23:38 Sumqayıtda yanğı: 10 nəfər təxliyə edildi 18 İyun 2019, 23:19 Serbiya Prezidenti Azərbaycan alimləri ilə müzakirə apardı - FOTO 18 İyun 2019, 23:02 “Ural” Hava Yolları aviaşirkəti Azərbaycandan üzr istədi - FOTO 18 İyun 2019, 22:43 Pentaqonun yeni başçısı bəlli oldu 18 İyun 2019, 22:27 Yaponiyadan əhali təxliyə edilir: Səbəb 18 İyun 2019, 22:11 Gəncədə dostları gəncin meyitini xəstəxanaya atıb qaçdı 18 İyun 2019, 21:59 Polis  “WhatsApp” yazışmalarını izləyə biləcək 18 İyun 2019, 21:42 “Mükəmməl və təkmil bir qanun layihəsi hazırlanacaq” - Deputat 18 İyun 2019, 21:24 “Mursinin nəşindən belə qorxurlar” - Ərdoğan 18 İyun 2019, 21:06 Rusiya-Azərbaycan sərhədində yeni yol çəkilir 18 İyun 2019, 20:47