Modern.az

Xalq artistinin səhhəti yenidən pisləşdi

Xalq artistinin səhhəti yenidən pisləşdi

25 İyun 2018, 21:38

Xalq artisti, tanınmış xanəndə Könül Xasıyevanın səhhəti yenidən pisləşib. O, bu gün həkimə müraciət edib. Modern.az xəbər verir ki, Azvision.az-ın əməkdaşı xalq artistinin özü ilə əlaqə saxlayıb. Çətinliklə danışdığını deyən xanəndə özünü yaxşı hiss etməyidiyni söyləyib.

 

"Hazırda sistem altındayam. Səhhətim yaxşı deyil. Müalicələr alıram, görək necə olacaq”, - deyə Xasıyeva bildirib.

 

Qeyd edək ki, xanəndə uzun müddətdir onurğa iflicindən əziyyət çəkir.

Sizə yeni x var
Keçid et
Rusiyadan daha bir ARSIZLIQ - Bakıya hücumlar niyə artır?