Modern.az

Hansı cəzaçəkmə müəssisəsində kondisioner var...  

Hansı cəzaçəkmə müəssisəsində kondisioner var...   

Hadisə

2 İyul 2018, 11:41

Son bir neçə gündə respublika ərazisində anomal istilər müşahidə edilir. İyulun 1-də Bakıda və Abşeron yarımadasında 43-44 dərəcə temperatur qeydə alınıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Milli Proqnozlar Bürosunun məlumatına görə, 1 iyulda Bakıda və Abşeron yarımadasında 43-44 dərəcə rekord temperatur müşahidə olunub. 

Səhiyyə Nazirliyindən Modern.az-a verilnə məlumata görə, 49 nəfər günvurma diaqnozu ilə xəstəxanalara müraciət edib.

Belə anomal isti şəraitində cəzaçəkmə müəssisələrində, həbsxanlarda cəza çəkən məhkumların sağlamlığı hansı şəkildə qorunur?


Modern.az
-ın bu qəbildən olan suallarını Pentensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Mehman Sadıqov cavablandırıb.

 

M.Sadıqov bildirib ki, istilərlə əlaqədar bütün cəza çəkmə müəssisələrində lazımi tədbirlər həyata keçirilir:

“Bildiyiniz kimi, gün ərzində məhkumlar 2 dəfə açıq havada yoxlanılır. İstilərlə əlaqədar olaraq, məhkumlar açıq havada deyil, yataq otaqlarında yoxlanılır. Eyni zamanda, bütün cəza çəkmə müəssisələrində yaradılan şəraitə görə, məhkumlar asudə vaxtlarını açıq havada və üstüqapalı məkanlarda keçirirlər. İstilərlə bağlı onların üstüqapalı məkanlarda vaxt keçirməsi təmin edilir. Məhkumların istidən əziyyət çəkməməsi üçün maksimum şərait yaradılıb”.

Polkovnik qeyd edib ki, anomal istilərlə bağlı səhhətində narahatlıq yaranan məhkum olmayıb. O eyni zamanda bəzi cəzaçəkmə müəssisələrinin kondisionerlə təmin edildiyini deyib. 

"Amma bunu bütün cəzaçəkmə müəssisələrinə aid etmək olmaz"-deyə o bildirib. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır