Modern.az

Ədliyyə Nazirliyi yeni QHT-ləri dövlət qeydiyyatına alıb (SİYAHI)

Ədliyyə Nazirliyi yeni QHT-ləri dövlət qeydiyyatına alıb (SİYAHI)

Qarabağ

17 Sentyabr 2011, 21:05


Modern.az
saytının məlumatına görə, Ədliyyə Nazirliyində keçirilən kollegiya iclasında daha 11 yeni qeyri-kommersiya hüquqi şəxs dövlət qeydiyyatına alınıb. Bununla da ölkədə rəsmi qeydiyyatda olan QHT-lərin sayı 3.550-ni ötüb.
Modern.az Ədliyyə Nazirliyindən yeni qeydiyyata alınan QHT-lərin adlarını əldə edib. Siyahını oxucuların da diqqətinə çatdırırıq:

1). "İrəvan, Uluxanlı, Dəmirçi Xeyriyyə Cəmiyyəti" İctimai Birliyi - qanuni təmsilçisi: Əliyev Cavanşir Yunis oğlu.

2). "Azərbaycan Arxeoloqlar Cəmiyyəti" İctimai Birliyi - qanuni təmsilçisi: Quliyev Fərhad Eldar oğlu.

3). "Xizək İdman Növlərinin Federasiyası" İctimai Birliyi - qanuni təmsilçisi: Mirzoyev Maksim Fuadoviç.

4). "Sağlam Gəncliyə Doğru" İctimai Birliyi - qanuni təmsilçisi: Həsənəliyev Turqay Eldar oğlu.

5). "Şəhid Ailələrinə Sosial Dəstək" İctimai Birliyi.

6). "Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası" İctimai Birliyi - qanuni təmsilçisi: Fərmanov Faiq Azər oğlu.

7). "İnnovasiyaya Doğru" Gənclərə Dəstək İctimai Birliyi – qanuni təmsilçisi: Cəfərov Rəşad Fərhad oğlu.

8). "Yeniləşən Azərbaycan Gəncliyi" İctimai Birliyi - qanuni təmsilçisi: Əsədov Anar Məhəmməd oğlu.

9). "Gənclərin Maarifləndirilməsinə və İnkişafına Dəstək" İctimai Birliyi - qanuni təmsilçisi: Cavadzadə Rüfət Cavad oğlu.

10). "Yaşıl Kənd" turizmin inkişafına yardım İctimai Birliyi – qanuni təmsilçisi: Yəhyayeva Xanım Hüseyn qızı.

11). "Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi" İctimai Birliyi - qanuni təmsilçisi: Dadaşov Fərid Mehdi oğlu.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı