Modern.az

Həmsədrlər Azərbaycana işğal olunmuş torpaqlarımızdan gələcəklər

Həmsədrlər Azərbaycana işğal olunmuş torpaqlarımızdan gələcəklər

Ölkə

21 Oktyabr 2011, 10:13


Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 20-də saat 19.10-dan 19.20-dək Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub. Bu barədə Modern.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirlib ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq okytabrın 22-də Azərbaycan Respublikasının Tərtər-Ağdərə yolundakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT ofisinin əlaqələndiricisi İmre Palatinus və səhra köməkçisi Xristo Xristov keçirəcəklər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, və onun səhra köməkçiləri Antal Herdiç və Marius Puodziunas keçirəcəklər.

Monitorinq zamanı ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin işğal olunmuş ərazilərdən təmas xəttinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətində olan tərəfinə keçmələri nəzərdə tutulur.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir