Arxiv
11 Dekabr 2018, 19:28 | AKTUAL
İlham Əliyev NATO komandanını qəbul etdi

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 11-də NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı (SACEUR) Körtis Skaparrottinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

 

Modern.az-ın məlumatına görə, Azərbaycanın NATO ilə tərəfdaşlığının uzun tarixə və geniş gündəliyə malik olduğunu deyən dövlət başçısı bu ilin iyul ayında NATO-nun mənzil-qərargahına son səfərini və Brüsseldə keçirilmiş Zirvə toplantısında iştirakını xatırladı və bunun əlaqələrimizin inkişafına müsbət təsir göstərdiyini qeyd etdi. Dövlətimizin başçısı ümumilikdə NATO-nun mənzil-qərargahına etdiyi bütün səfərlərin müsbət xarakter daşıdığını qeyd etdi. Prezident İlham Əliyev NATO-nun Əfqanıstanda Qətiyyətli Dəstək Missiyasında ölkəmizin fəal iştirak etdiyini, Azərbaycan hərbçilərinin sayının artırıldığını və əməliyyatlarda iştirak edən dövlətlərə zəruri nəqliyyat və logistik dəstək göstərildiyini vurğuladı. Prezident İlham Əliyev, eyni zamanda, Azərbaycanın ikitərəfli əsasda da Əfqanıstana dəstək göstərdiyini, ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən nəqliyyat layihələrinin Əfqanıstan üçün yeni imkanlar yaratdığını vurğuladı. Dövlətimizin başçısı NATO-nun yüksək səviyyəli nümayəndə heyətinin ölkəmizə səfərinin ikitərəfli tərəfdaşlığın gündəliyində duran vacib məsələlərin müzakirəsi üçün əlverişli imkan yaratdığını dedi.

 

NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrotti onu və rəhbərlik etdiyi nümayəndə heyətini qəbula və Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə dekabrın 12-də Bakıda keçirilməsi nəzərdə tutulan görüşə ev sahibliyi etdiyinə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi. O, Bakının NATO-Rusiya formatında görüşünün keçirilməsi üçün tam münasib məkan olduğunu, Azərbaycanın artıq ikinci dəfədir ki, belə bir tədbirə ev sahibliyi etməsinin əhəmiyyətini vurğuladı. Qonaq Azərbaycanın NATO-nun etibarlı və fəal tərəfdaşı olduğunu qeyd etdi, ölkəmizin Əfqanıstanda Qətiyyətli Dəstək Missiyasına verdiyi töhfəsini, Azərbaycan hərbçilərinin Əfqanıstanda və eləcə də ölkəmizin hərbçilərinin peşəkarlıqla NATO qərargahlarında xidmətini və NATO-nun təlimlərində iştirakını yüksək qiymətləndirdi.

 

Dövlət başçısı qlobal təhlükəsizliyə aid olan vacib məsələlərin müzakirə edilməsi üçün bir çox ölkələr arasından Azərbaycanın seçilməsini ölkəmizə olan hörmət və etimadın təzahürü kimi dəyərləndirdi və bunun, eyni zamanda, ölkəmizin regional təhlükəsizlik, inkişaf və sabitliyin təmin edilməsində oynadığı rolun və yürütdüyü siyasətin göstəricisi olduğunu dedi.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Narkoz altında olan xəstələri zorlayan erməni həkimə HÖKM OXUNDU 10 İyul 2020, 14:06 İslam Səfərlinin başına gələn ƏHVALAT - Mircəfər Bağırov niyə QƏZƏBLƏNMİŞDİ..  10 İyul 2020, 14:00 DYP: “Sürücülərin icazəsini radarlarla müəyyənləşdirə bilirik” - VİDEO 10 İyul 2020, 13:50 Kliniki Tibbi Mərkəzin həkimi koronavirusa yoluxdu   10 İyul 2020, 13:44 Azərbaycana çəyirtkə dəstələrinin "hücumu" başladı - VİDEO 10 İyul 2020, 13:38 Şamaxılı Mahmud ağa - Məşhur mesenatın məzarı niyə baxımsızdır? - Tədqiqatçı-alimdən ÇAĞIRIŞ 10 İyul 2020, 13:33 Pandemiya dövründə bu işdə çalışanlar yüksək maaş alıb 10 İyul 2020, 13:27 Kapital Bank-ın dəstəyi ilə Qarabağ əlillərinə və şəhid ailələrinə evlər VERİLDİ   10 İyul 2020, 13:22 Hərbi Prokurorluqda yeni TƏYİNAT 10 İyul 2020, 13:16 Sabah Bakıya yağış, rayonlara dolu yağacaq - PROQNOZ 10 İyul 2020, 13:10 Hesablama Palatası “Dövlətqaçqınkom”u da yoxladı 10 İyul 2020, 13:05 Rusiyada koronavirusdan ölənlərin sayı 11 mini KEÇDİ 10 İyul 2020, 12:59 Azərbaycanın üzv olduğu razılaşmanın CIĞAL ÜZVLƏRİ 10 İyul 2020, 12:53 Pambıq əkinlərində suvarma problemləri və həlli yolları müzakirə olundu - FOTO 10 İyul 2020, 12:48 Prezidentin köməkçisi pandemiya dövründə Azərbaycana gətirilən vətəndaşların sayını açıqladı 10 İyul 2020, 12:43 Hesablama Palatası Səhiyyə Nazirliyində nöqsanlar AŞKARLADI 10 İyul 2020, 12:37 Palata Nazirlikdə əsassız pensiya təyinatları AŞKARLADI 10 İyul 2020, 12:34 Baş prokuror sabiq deputatın oğluna yeni vəzifə verdi 10 İyul 2020, 12:31 Milli komandamızın yeni baş məşqçisi bu 3 nəfərdən hansı olacaq? 10 İyul 2020, 12:27 Goranboyda vətəndaşlara pulsuz maska paylanılıb - FOTO 10 İyul 2020, 12:24 Novruz Aslanov seçicilərin problemləri ilə maraqlandı   10 İyul 2020, 12:21 Dövlət Agentliyi Ağstafanın mərkəzi bazarında yoxlama apardı - FOTO 10 İyul 2020, 12:17 Baş prokurorun müavini videokonfransda iştirak etdi 10 İyul 2020, 12:12 Daşkəsənə istirahətə gedənlər CƏRİMƏLƏNDİ 10 İyul 2020, 12:06 AZAL sərnişinlərə müraciət etdi 10 İyul 2020, 12:02 “Koronavirusa yoluxmuş həkim Cavid Paşayevin vəziyyəti ağırlaşıb” - Rəşad Mahmudov 10 İyul 2020, 12:00 Azərbaycanın bu bölgəsində virusa yoluxanların sayı 146-ya ÇATDI 10 İyul 2020, 11:55 Sabiq deputatlar niyə maddi sıxıntıdan ŞİKAYƏTLƏNİRLƏR?.. 10 İyul 2020, 11:49 Neftin barreli 150 dollara satılacaq - PROQNOZ 10 İyul 2020, 11:47 Oğurluq edib, sonra evi yandıran şəxslər saxlanıldı - FOTO 10 İyul 2020, 11:41 Mehriban Əliyeva virusa yoluxmuş daha bir həkimlə bağlı TAPŞIRIQ VERDİ 10 İyul 2020, 11:35 Pərvin Kərimzadə: Bu günkü reallıqlar işğalçı Ermənistanın faşist niyyətini təsdiq edir   10 İyul 2020, 11:30 BMT nümayəndəsi əhaliyə çağırış etdi - “Bunu Azərbaycan üçün edin” 10 İyul 2020, 11:25 Yaponlar bu dərmanın koronavirusa qarşı faydasız olduğunu SÜBUT ETDİ 10 İyul 2020, 11:20 Azərbaycanda daha bir həkim koronavirusdan öldü - FOTO 10 İyul 2020, 11:15