Modern.az

Ukrayna Krımda hava hücumundan müdafiə sistemini vurdu

Ukrayna Krımda hava hücumundan müdafiə sistemini vurdu

Aktual

27 İyun 2026, 12:59

Ukrayna Silahlı Qüvvələri Krımda Rusiya ordusunun hərbi logistikasında istifadə olunan bərəni və hava hücumundan müdafiə sistemini hədəfə aldığını açıqlayıb.

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, zərbə nəticəsində Kerç şəhərində yerləşən və Rusiya ordusunun Ukraynanın cənub bölgələrində hərbi logistikasının təmin edilməsində istifadə olunan "Petropavlovsk" avtomobil bərəsi vurulub.

Məlumata görə, Ukrayna hərbçiləri həmçinin Krımın Feodosiya şəhərində yerləşən "Pantsir-S1" zenit-raket və artilleriya kompleksini də hədəfə alıblar.

Qeyd olunub ki, sözügedən hava hücumundan müdafiə sistemi ilhaq edilmiş Krımın hava məkanının mühafizəsi üçün istifadə edilirdi.

Rusiya tərəfi isə hələlik hadisə ilə bağlı rəsmi açıqlama verməyib.
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Zelenskiyə ŞOK HÜCUM! - Öldürmək istədilər - Son anda...