Modern.az

Cəlilabadda ev yandı

Cəlilabadda ev yandı

Hadisə

27 İyun 2026, 12:10

Cəlilabadda fərdi yaşayış evi yanıb.

Modern.az xəbər verir ki, hadisə rayonun Xəlilli kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Eldəniz Bağırova məxsus fərdi yaşayış evi tamamilə yanaraq kül olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunub.

Yanğın söndürülüb və alovun ətrafdakı tikililərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Ərdoğandan gözlənilən kritik açıqlama - Qardaşlığımızı pozanlara...