Modern.az

Havaya görə bu tədbir təxirə salındı

Havaya görə bu tədbir təxirə salındı

Aktual

27 İyun 2026, 12:17

İçərişəhərdə 27 iyun tarixində keçirilməsi planlaşdırılan “Milli Geyimlər Günü” tədbiri təxirə salınıb.

Modern.az xəbər verir ki, bu barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu məlumat yayıb.

Bildirilib ki, hava şəraiti ilə əlaqədar tədbir təxirə salınıb.

“Yeni tarix barədə yaxın günlərdə sizi məlumatlandıracağıq. Göstərdiyiniz anlayışa görə təşəkkür edirik və tezliklə görüşməyi səbirsizliklə gözləyirik”, - paylaşımda bildirilib.

Qeyd edək ki, tədbirin proqramında sərgi və yarmarka, milli rəqslər və dəfilələr, konsert proqramı və s. yer alıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
“İsmayıl məqamı” filminin təqdimatı keçirilib