Arxiv
18 Yanvar 2019, 14:50 | MEDİA
Bizimkilər - Məşhur fotoqrafın oğlu: “Jurnalist olmaq üçün jurnalistikanı oxumaq vacib deyil” - FOTOLAR  

Modern.az saytında “Bizimkilər” rubrikasına davam edirik. Bu rubrikada özümüzünkülərdən – jurnalist həmkarlarımızdan yazır, onları oxucularla daha yaxından tanış edirik. Rubrikamızın növbəti qonağı SalamNews İnformasiya Agentliyinin müxbiri Orxan Kərimovdur.

 

Kərimov Orxan Elxan oğlu 29 may 1987-ci ildə Bakıda anadan olub. Əslən bakılıdır. Nərimanov rayonunda 202 saylı orta məktəbdə təhsil alıb. 2007-ci ildə özəl şirkətlərin birində mətbuat şöbəsində çalışıb. 2009-cu ildən sırf jurnalistika fəaliyyəti ilə məşğul olur. 2010-cu ildən bu vaxta qədər SalamNews İnformasiya Agentliyində işləyir. 2015-2018-ci illərdə müxtəlif ölkələrdə (İngiltərə, Gürcüstan, Türkiyə və s) jurnalistika ilə bağlı treninqlərdə iştirak edib. Bu vaxta qədər əksər dövlət və özəl qurumlar tərəfindən hazırladığı reportajalara görə mükafatlandırılıb. Ali təhsillidir, ailəlidir, bir övladı var.

 

- Necə oldu ki, bu sahəni seçdin?

 

- Jurnalistikaya marağım öncə ailədən gəlir. Ailəmizdə atam Elxan Kərimov uzun müddət Azərbaycan mediasında çalışıb. Məhz bu amil bizi jurnalist olmağa maraq yaradıb. Bundan başqa digər 2 qardaşım da media sahəsində çalışır. 

 

- Sənin fikrincə, jurnalist olmaq üçün mütləq jurnalistikanı oxumaq lazımdı?

- Fikrimcə hazırkı zamanda jurnalist olmaq üçün jurnalistikanı oxumağa çox da ehtiyac yoxdur. Düzdür, bu sahənin tam dərinliyini bilmək üçün jurnalistikanı oxumaq lazımdır. Lakin, hazırkı trend onu göstərir ki, mediada olan tanınmış, peşəkar jurnalistlər tamam başqa sahələrdə təhsil alıblar.

 

 

 

- Mərhum atanız tanınmış fotoqraf olub, ondan nələr öyrənmisən? 

 

- Atam Elxan Kərimov 30 ildən çox mətbuatda çalışıb. Onun çəkdiyi fotolar müxtəlif qəzet, jurnallarda, həmçinin beynəlxalq mediada dərc edilib. Onun çəkdiyi fotolardan bu gün də istifadə edilir. Qardaşım peşəkar fotoqrafdı, lakin mən həvəskaram.

 

 

 

- Xasiyyətcə necə birisən? 

 

- Məni tanıyanlar bilir, xasiyyətcə mehriban adamam. Özümdə xoşuma gələn xüsusiyyət küsəyən olmamağımdır. Kimlərləsə küsülü qalmağı heç xoşlamıram. Arada hansısa anlaşılmazlıq olursa, çalışıram bir yolla həll edim.

 

 

 

- Bəzən jurnalistlər müəyyən yaşdan sonra bu sahəni tərk edir, sən də nə zamansa bu sahədən getməyi düşünürsən?

 

-  Hazırda jurnalistika sahəsini tərk etməyi düşünmürəm. Düzdür, bu vaxta qədər mənə bir neçə özəl qurumdan müxtəlif iş təklifləri gəlib, öz işimi sevdiyimdən həmin işlərə yox cavabını vermişəm. Lakin, gələcəkdə başqa bir işə keçməyi istisna etmirəm.

 

 

 

- Hər bir adamın qarşısına qoyduğu hədəflər olur, sənin hədəflərin nələrdir? Hədəflərinə çatmaq üçün hansı addımlar atırsan? 

 

-  Qarşıma qoyduğum hədəflər bu sahəni daha da peşəkarcasına öyrənməkdir. Hazırkı dönəmdə də il ərzində həm yerli həm də xarici təlimlərdə iştirak edirəm. Bu təlimlərin keçirilməsi peşəkar jurnalist kimi yetişməyə kömək olur. Hər gün yeni-yeni qaydalar çıxır. Zamanın nəbzini tutmaq üçün də gərək onları öyrənəsən. 

 

 

 

- Azərbaycan jurnalistikasında kimləri özünə örnək görürsən? 

 

- Azərbaycan jurnalistikasında çox peşəkarlar var. Mən daim onların yazılarını, müsahibələrini izləyirəm. Bunlardan, "Zerkalo" qəzetinin baş rekdatoru Elçin Şıxlı, "Kaspi" qəzetinin redaktoru, İlham Quliyev, Modern.az Xəbər Agentliyinin rəhbəri Elşad Eyvazlı, "Azadinform" agentliyinin baş redaktoru Niyaz Niftiyevi qeyd edə bilərəm.

 

 

 

- Jurnalistika sənə nələri qazandırıb?

 

- Jurnalistikaya gəlməyə heç vaxt peşman deyiləm. Bu sahə mənə çox uğur qazandırıb. Bu sahə mənə həyata, cəmiyyətə baxış bucağını öyrədib. Çoxlu əziz dostlar, hətta deyərdim bir çox tanınmış məmur olan dostlar qazandırıb. Mən öz işimi sevirəm və bununla fəxr edirəm. 

 

 

 

- Dünyanın hansı ölkələrində olmusan? Səyahət etdiyin ölkələrdən hansına yenidən getmək istərdin?

 

- Bu vaxta qədər İngiltərə, İspaniya, Almaniya, Çexiya, Türkiyə, Rusiya, İran, İraq, Gürcüstan və s yerlərdə olmuşam. ABŞ-da, Avstraliya və Koreyada olmamışam, çox istəyirəm olum. Amma səfər etdiyim ölkələr arasında İngiltərəyə yenidən getmək istərdim. Hər bir ölkənin özünə məxsus mədəniyyəti, adət-ənənəsi var. Mən hər bir səfərdə bir yenilik əldə edirəm. Bu yenilik həm peşə fəaliyyətimlə bağlıdır həm də həyat tərzimlə.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Aprel şəhidlərinin ailələri mərhum pilot Rəşad Atakişiyevin ailəsini ziyarət  ediblər 23 Avqust 2019, 19:20 ETSN-dən əhaliyə müraciət: “Meşələrimiz hər birimizin evidir, xahiş edirik onu yanğından qoruyun!” 23 Avqust 2019, 19:00 Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi yekunlaşdı     23 Avqust 2019, 18:51 "Azərbaycanda mövcud olan sabitlik insanların həyatı üçün böyük sərvətdir” - Əli Əhmədov 23 Avqust 2019, 18:40 JuHİ araşdırmaçı jurnalistlər üçün “Təhlükəsiz tədqiqat” seminarı təşkil edib - Foto 23 Avqust 2019, 18:30 “Nar+” ilə hesabınızı daha asan idarə edin!   23 Avqust 2019, 18:20 Azərbaycanın FIFA referisi Çempionlar Liqasının oyununa təyinat alıb 23 Avqust 2019, 18:11 İlham Əliyev Vladimir Zelenskini təbrik etdi 23 Avqust 2019, 17:59 İstirahət günlərinin HAVASI – Yağış yağacaq, şimşək çaxacaq 23 Avqust 2019, 17:43 Növbəti 3 gün üçün manatın məzənnəsi 23 Avqust 2019, 17:37 “Sərhədçilərimizin irəli çəkdiyi yeni mövqelərə qalxdıq” - Qarabağ veteranı Qazaxda gördüklərindən DANIŞDI 23 Avqust 2019, 17:35 Qəbələdəki yanğınlara helikopter və təyyarə cəlb edilib 23 Avqust 2019, 17:34 “Relaks”da vergi yoxlamaları dayandı? - İcra hakimiyyətindən AÇIQLAMA 23 Avqust 2019, 17:24 Siyavuş Novruzov Facebook-a gəldi: “Sosial mediada olmağa qərar verdim” 23 Avqust 2019, 17:15 Peşə məktəblərinə sənəd qəbulunun II turu keçiriləcək 23 Avqust 2019, 17:10 Bakıda 50 ədəd şam ağacı yandı 23 Avqust 2019, 16:57 ADU-ya qəbul olunan imkansız tələbə: “Heç ümidim yox idi...” - FOTO 23 Avqust 2019, 16:49 Dövlət Komitəsində Füzuli və Cəbrayılın işğalı günü anıldı 23 Avqust 2019, 16:46 “Gəncə işi”nə görə tutulanlardan biri azad olundu 23 Avqust 2019, 16:38 Putin Ərdoğanla İdlibi müzakirə etdi 23 Avqust 2019, 16:35 Sabah Fransada G7 sammiti başlayacaq 23 Avqust 2019, 16:31 Şəmkirdə 31 yaşlı kişi küçədə bıçaqlandı 23 Avqust 2019, 16:19 Sülhün Səfiri - Etibar Cəbrayıloğlu YAZIR 23 Avqust 2019, 16:10 Yol polisindən sürücülərə XƏBƏRDARLIQ - “Bu günlərdə səfərə çıxmayın!” 23 Avqust 2019, 16:05 Bir şəklin tarixçəsi: Qabil, Xəlil Rza, Tofiq Bayram “Sonuncu dərviş”in evində… 23 Avqust 2019, 15:50 Bəşəriyyəti Dünya müharibəsi ilə üzbəüz qoyan müqavilədən 80 il ötür - TARİX 23 Avqust 2019, 15:34 Azərbaycanlı hakim Çempionlar Liqasının oyunlarını idarə edəcək 23 Avqust 2019, 15:27 Azərbaycanın xarici dövlət borcu açıqlandı - 8 milyard 920 milyon  23 Avqust 2019, 14:53 Şəhid ailələrinin sosial məsələləri ictimailəşdirilib 23 Avqust 2019, 14:30 Ermənistanın öz adından qondarma “DQR”ə aid məktub yollaması ilk dəfə deyil - ŞƏRH 23 Avqust 2019, 14:23 Azərbaycan Rusiyadan ən çox maşın alan ölkələr sırasında – SİYAHI 23 Avqust 2019, 14:19 Binə sakinini bıçaqlayan şəxs tutulub 23 Avqust 2019, 13:57 Cəbrayıllı həkimlər humanitar aksiya keçirdilər - FOTOLAR 23 Avqust 2019, 13:56 Cəbrayıl və Füzulinin işğal günü Şəhidlər Xiyabanında anıldı - FOTOLAR 23 Avqust 2019, 13:47 Fransa Azərbaycan yeni səfir təyin etdi 23 Avqust 2019, 13:46