Modern.az

Prezident postu uğrunda 44 namizəd mübarizə aparacaq

Prezident postu uğrunda 44 namizəd mübarizə aparacaq

Aktual

8 Fevral 2019, 22:10

Ukraynanın Mərkəzi Seçki Komissiyası (MSK) prezidentliyə namizədlərin qeydə alınması prosesini başa çatdırıb. Modern.az “Azərtac”a istinadən xəbər verir ki, MSK-nın sədri Tatyana Slipaçuk bu barədə mətbuat konfransında məlumat verib.

O bildirib ki, Mərkəzi Seçki Komissiyası 44 nəfərin prezidentliyə namizədliyini qeydə alıb. Onlardan 24-nün namizədliyi partiyalar tərəfindən irəli sürülüb.

 

Bu sayda namizədin qeydə alınması Ukraynanın prezident seçkiləri tarixində yeni rekord göstəricidir.

 

Xatırladaq ki, Ukraynada prezident seçkiləri martın 31-ə təyin olunub. Namizədlərin heç birinin sadə səs çoxluğu (50 faiz+1 səs) qazana bilməyəcəyi təqdirdə, aprelin 21-də seçkilərin ikinci turu keçiriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!