Modern.az

Publika.az-ın baş redaktoru: “Heç kimə oxşamaq istəmirik” - MÜSAHİBƏ  

Publika.az-ın baş redaktoru: “Heç kimə oxşamaq istəmirik” - MÜSAHİBƏ    

Media

1 Mart 2019, 13:23

Bu gün “Gündəlik Teleqraf” MMC-yə daxil olan Teleqraf.com və Publika.az portallarının fəaliyyətə başlamasından 7 il ötür.

Publika.az-ın baş redaktoru Aqil Lətifov ad günü təəssüratlarını Modern.az-la paylaşıb:

- 7 il az müddət deyil. Bu qədər vaxtda Publika.az informasiya məkanında öz yerini tuta bildi. Saytınızın bugünkü uğurlarının təməlində nələr dayanır?

- İlk olaraq, diqqət göstərərək, əlaqə saxladığınız üçün sizə, komandanıza, Modern.az İnformasiya Agentliyinin rəhbəri Elşad Eyvazlıya, baş redaktorunuz Əfqan Qafarlıya təşəkkürümü bildirirəm. Fürsətdən istifadə edib başda “Teleqraf” Media Qrupunun rəhbəri Aynur xanım Camalqızını, habelə kollektivimizin bütün fərdlərini səmimi qəlbdən təbrik edirəm. Çünki məhz uğurlarımızın təməlində bu kollektiv, onların səmərəli fəaliyyəti dayanır.

Uğurlarımızın, oxucular tərəfindən rəğbətlə qarşılanmağımızın ilk səbəbi Aynur xanım tərəfindən mükəmməl komandamızın formlaşdırılmasıdır. Belə, bir-birini tamamlayan, bacarıqlı, peşəkar, məsuliyyətli, işinə can yandıran, mehriban işçilərin bir arada toplanması böyük üstünlükdür. Və ən əsası, mənim daim önəm verdiyim məsələlərdən biri ailə, dost mühitidir. Çalışıram ki, hər kəs özünü ailəsi üçün, özü üçün işləyən kimi hiss etsin. Təbii ki, mehribanlıq, bir-birini sevmək, bir-biri üçün can yandırmaq olmasa, həmin kollektivin uğur qazanması heç də asan olmaz, deyərdim ki, mümkünsüz olar. Yəni uğurumuzun sütunlarından bir məhz dost, ailə mühitində işləməyimizdir.

- Publika.az informasiya məkanında olan digər saytlardan hansı özəlliyi ilə fərqlənir?

- Çalışırıq ki, portalın iş prinsipinə uyğun olaraq siyasətdən, şouya qədər bütün istiqamətli yazıları yayımlayaq. Bu yazıları yayımlayan zaman daha çox bayağılığa qaçmamağa, başqalarını təkrarlamamağa, öz yolumuzu cızmağa çalışırıq. Habelə fotolara, açıq-saçıq başlıqlara xüsusi diqqət edirik. Yəni belə başlıqlar vermir, həmçinin qan, qorxunc şəkillər, insanları mənfi istiqamətlərə yönəldə biləcək yazıları yayımlamırıq. Bütün bunlar və sanballı siyasi təhlillər, maraqlı elmi, habelə sağlamlıq yazıları, müxtəlif videolayihələr, videomüsahibələr, videoreportajlar bizi başqalarından fərqləndirir. Çalışırıq ki, bir qədər fərqli yol cızaq, kiməsə oxşamayaq, xüsusilə, başlıqlarımızda bunu edirik və fikrimcə, bu istiqamətdə istəklərimizi yerinə yetirməyimiz də uğurumuzun açarıdır. Təbi ki, bir-birindən maraqlı bir çox layihələrimiz var, inşallah, onları da həyata keçirəcəyik.

- Saytınızın bu xoş gününü necə keçirəcəksiniz?

- Bu gün kollektiv daxilində xırda bir tədbirimiz olacaq, tort kəsəcəyik, arzularımızı bölüşəcəyik. Amma bir neçə gün sonra böyük bir tədbirlə ad günümüzü qeyd etməyi düşünürük.

- Son olaraq, Publika.az kollektivinə arzularınızı da dinləmək istərdik...

- Kollektivə arzum sonsuzdur. Həqiqətən mən onların hər birini çox istəyirəm, hər biri mənim üçün ayrı-ayrı dəyərdir. Hər birinə insan kimi, işçi kimi böyük hörmətim var, çalışıram ki, onların “abi”si – böyük qardaşı olum. Çünki bu kollektivlə işləmək böyük şansdır və onların heç birini itirmək istəmərəm. Hər birinə ən şirin neməti – can sağlığı, uzun ömür arzulayıram, subaylara xoşbəxt ailə həyatı qurmaq, ailəli olanlara övlad, övladı olanlara nəvə arzulayıram. Ən əsası sükanı daim belə saxlasınlar, birlikdə daha böyük uğurlara imza ataq. Çünki mənim onlarla birgə arzularım sonsuz, hədəflərim boldur.

Modern.az  olaraq, hər iki saytın yaranma gününü təbrik edirik və uğurlar arzu edirik. 

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi