Arxiv
3 May 2019, 08:24 | DİASPOR
Məşhur olmaq arzusu ilə Amerikaya gedən azərbaycanlı sehrbaz - FOTOLAR

Televiziya çıxışlarına görə 21 dəfə məşhur "Emmy Awards" mükafatına layiq görülən, on bir dəfə adı "Ginnesin Rekordlar Kitabı"na düşən, Hollivud-un şöhrət aleyasında öz ulduzu olan, ABŞ-ın Konqress Kitabxanasının "Yaşayan Əfsanə" adlandırdığı, Fransa hökumətinin "Cəngavərlik" titulu verdiyi, dünyanın ən məşhur sehrbazı Devid Koperfildin vətəni Amerikada sehrbaz kimi özünü təqdim etmək insandan böyük cəsarət tələb edir. Hələ ki, təyyarəni, vaqonu yox edə, Çin səddini yarıb keçə bilməsə də, bir sıra uğurlara imza atmağı bacarıb. Zarafat deyil, cəmi bir ildir ABŞ-da yaşadığına baxmayaraq, artıq Devid Koperfildin də üzv olduğu "The Society of American Magicians" cəmiyyətinə üzv seçilib…


…Atası Ağalar Canqudov Qəbələ rayonunda yaşayır, ixtisasca mühəndisdir. Hazırda təqaüddədir. Anası Rahilə xanım isə evdar qadındır…

Haqqında söhbət açdığım Rəşadət Canqudov milliyətcə ləzgidir. 1988-ci ildə Qəbələ rayonunda dünyaya gəlib. 2005-ci ildə orada 3 saylı orta məktəbi rus dilində bitirib. 2006-2007-ci ildə hərbi xidmətdə olub. 2008-2013-cü illərdə Bakı Dövlət Universitetinin tarix fakültəsində qiyabi təhsil alıb. Eyni zamanda 2008-ci ildən 2018-ci ilədək otellərdən birində çalışıb. O, burada sıravi işçidən gecə növbəsinin meneceri vəzifəsinədək yüksələ bilib. 2018-ci ildən ABŞ-ın Virciniya ştatının Feyrfəks şəhərində yaşayır.

…Ömür-gün yoldaşı Tünzalə xanım ixtisasca roman-german dilləri üzrə filoloqdur. Hazırda Feyrfəks şəhərindəki uşaq bağçalarından birində tərbiyəçi müəllim işləyir. Üç yaşında Ramal adında bir oğlu vardır…

2010-cu ildən Beynəlxalq İllüzianistlər Cəmiyyətinin üzvüdür. Əsasən sehrbazlığın mental, səhnə və mikromagiya janrlarıyla məşğul olur. ABŞ-a gəlişindən qısa müddət keçməsinə baxmayaraq, tez-tez müxtəlif tədbirlərə dəvət alır…

Deyir ki, uşaq vaxtlarından bu sənətə həvəsi var idi:

"Axtarıb Azərbaycanın məşhur illüzianisti Tofiq İsgəndərlini tapdım və ondan dərs aldım. O, mənim bu sənətdə ilk müəllimim olub. Bundan əlavə hər il Rusiyaya gedir, sehrbazlıqla bağlı ödənişli seminarlarda iştirak edirdim. "Green Card" udandan sonra qərara gəldim ki, ABŞ-a köçüm. Burada mənim sənətimə böyük dəyər verirlər"…

Bu il Las Veqasda keçiriləcək sehrbazların ənənəvi yarışına qatılmağa hazırlaşır. İstəyir ki, sənəti ilə amerikalıların diqqətini özünə cəlb etsin. Söylədiyinə görə, imkanı yol verəndən sonra Azərbaycana qayıdıb, gənc illüzianistlərin məktəbini yaradacaq. Dünya ədəbiyyatını, o cümlədən psixologiya haqqında kitabları mütaliə etməkdən yorulmayan bu sehrbaz həmyerlimizi dinlədikcə, sanki sehrli bir aləmə düşmüşdüm. Həmin aləmdə hər şey nağıllarda olduğu kimi idi. 
Kim bilir, bəlkə də Hollivudun şöhrət aleyasında nə vaxtsa onun da adına bir ulduz olacaq…


Elman Eldaroğlu,
ABŞ, Miçiqan

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ayı İsmayıllı sakininə həyətində hücum etdi 15 Sentyabr 2019, 13:26 Naxçıvan Qarnizonu qoşunlarında növbəti komanda-qərargah təlimi keçirilib - VİDEO   15 Sentyabr 2019, 13:17 Elçibəyin oğlu: “Hələ ki, toy etmək barədə düşünmürəm”   15 Sentyabr 2019, 13:05 Son 4 il 8 ayda texniki itkilər 2 dəfəyə qədər azalıb   15 Sentyabr 2019, 12:54 İlham Əliyev Bilik Günü münasibətilə "Facebook"da paylaşım etdi 15 Sentyabr 2019, 12:45 Özbəkistanın Türk Şurasına gəlişi BƏYANATA səbəb oldu 15 Sentyabr 2019, 12:32 Sabahın hava PROQNOZU - 30 dərəcə İSTİ 15 Sentyabr 2019, 12:29 Xurafatdan vəhdətə aparan missiya - Builki Aşura hansı məqamlarla yadda qaldı? 15 Sentyabr 2019, 12:19 Mehriban Əliyevadan Bilik günü TƏBRİKİ 15 Sentyabr 2019, 12:10 Bir şəklin tarixçəsi - Bakıya yeridilən ingilis əsgərlərin AQİBƏTİ 15 Sentyabr 2019, 11:56 Bakıdakı hansı məktəblər sökülüb-tikildi? - SİYAHI 15 Sentyabr 2019, 11:47 Bakıda 414 844 şagird oxuyur, 27 930 müəllim çalışır - RƏSMİ 15 Sentyabr 2019, 11:40 Azərbaycanda sabiq deputat vəfat edib 15 Sentyabr 2019, 11:32 İlyas İsmayılovun oğlunun qətlindən 1 il ötür - Cinayətin istintaqı nə yerdədir? 15 Sentyabr 2019, 11:13 Təmizliyin İsveçrə modeli 15 Sentyabr 2019, 10:11 Bu gün “Qarabağ” - “Neftçi” oyunu keçiriləcək 15 Sentyabr 2019, 09:53 Ermənistan atəşkəsi 22 dəfə pozdu 15 Sentyabr 2019, 09:49 “Azərbaycan, gəldik!” deyən PAŞALAR 15 Sentyabr 2019, 09:18 Üç qadının sevdiyi rejissor... 15 Sentyabr 2019, 09:15 Metroda silahlı insident 15 Sentyabr 2019, 00:46 Mehriban Əliyeva İvanovkada Mədəniyyət Sarayının açılışında - FOTO 15 Sentyabr 2019, 00:31 Azərbaycanda Bilik günüdür 15 Sentyabr 2019, 00:15 Bakının azad olunmasından 101 il ötür 15 Sentyabr 2019, 00:01 Bakıda ağır qəza: 3 ölü, 6 yaralı 14 Sentyabr 2019, 23:50 5,9 bal gücündə zəlzələ oldu 14 Sentyabr 2019, 23:29 Qusarda itkin düşən qadın və azyaşlı qızı tapılıb 14 Sentyabr 2019, 23:07 Mehriban Əliyeva İsmayıllıda - FOTOLAR 14 Sentyabr 2019, 22:41 Səhiyyədə şəffaflıq və hesabatlılıq müzakirə olundu 14 Sentyabr 2019, 22:11 Rəqəmsal iqtisadiyyat şəraitində ali təhsilin üzləşdiyi əsas çağırışlar - REKTOR ÇIXIŞ YOLU GÖSTƏRDİ 14 Sentyabr 2019, 21:57 Mehriban Əliyeva Şamaxı Cümə məscidində olub - FOTOLAR 14 Sentyabr 2019, 21:44 ABŞ hərbi gəmisi İstanbul boğazında 14 Sentyabr 2019, 21:28 Neft emalı zavodunda partlayış 14 Sentyabr 2019, 21:16 Mehriban Əliyeva Şamaxıda məktəb açılışında - FOTOLAR 14 Sentyabr 2019, 21:02 Ağsu polisi aztəminatlı ailələri sevindirdi 14 Sentyabr 2019, 20:46 Mehriban Əliyeva  Şamaxıda əhali ilə görüşdü - FOTOLAR 14 Sentyabr 2019, 20:33