Modern.az

Ağ Ev Putin-Tramp görüşü üçün Moskvaya müraciət etməyib 

Ağ Ev Putin-Tramp görüşü üçün Moskvaya müraciət etməyib 

13 May 2019, 21:21

Vaşinqton G20 sammitində Rusiya və ABŞ prezidentləri arasında görüş təşkil edilməsi üçün Moskvaya müraciət etməyib.

 

Modern.az saytının xəbərinə görə, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

“Xeyr, belə bir müraciət yoxdur”-deyə prezidentin köməkçisi söyləyib.

Qeyd edək ki, G20 sammiti Yaponiyanın Osaka şəhərində iyunun 28-29-da keçiriləcək.

 

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Tramp arasında tam formatlı danışıqlar ötən ilin iyulun sonlarında Helsinkidə keçirilib. Bundan əlavə liderlər 2017-2018-ci illərdə bir neçə dəfə görüşüb müzakirə aparıblar.

 

Bu ilin mayın 3-də isə ABŞ-ın təşəbbüsü ilə Trampla Putin arasında telefon danışığı olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır