Modern.az

Yanacaq qıtlığı əhaliyə xeyirdir - qəribə açıqlama

Yanacaq qıtlığı əhaliyə xeyirdir - qəribə açıqlama

Dünya

Bu gün, 16:05

Yanacaq çatışmazlığı əhalinin sağlamlığı və ekologiya baxımdan müsbət nəticələr doğurub.

Modern.az xəbər verir ki, bu barədə Rusiyanın keçmiş baş sanitar həkimi Gennadi Onişenko bildirib.

Onişenkonun sözlərinə görə, yanacaq böhranı səbəbindən Moskva küçələrində avtomobillərin sayı azalıb, nəticədə şəhərdə havanın keyfiyyəti yaxşılaşıb.

O qeyd edib ki, avtomobildən daha az istifadə olunması insanların piyada hərəkət etməsinə səbəb olur ki, bu da onların sağlamlığına müsbət təsir göstərir.

"Bu vəziyyət ikiqat fayda verir. Bir tərəfdən ekoloji vəziyyət yaxşılaşır, digər tərəfdən isə insanlar daha çox hərəkət etdikləri üçün sağlamlıqları möhkəmlənir", – deyə Onişenko bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada