Modern.az

Xameneinin dəfni ilə bağlı ən çox verilən suala CAVAB

Xameneinin dəfni ilə bağlı ən çox verilən suala CAVAB

Dünya

Bu gün, 16:52

Bu gün İranın Ali Dini Lideri Seyid Əli Xameneinin dəfn mərasimi keçirilir. Fevralın 28-də ABŞ-İsrail koalisiyasının hava zərbələri zamanı həyatını itirən Ali Rəhbər ölümündən 100 gündən çox müddət keçdikdən sonra dəfn edilir.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu gecikmə İranda müharibədən sonrakı keçid dövrünün ən qeyri-adi və siyasi baxımdan həssas məqamlarından birinə çevrilib. Müharibə zamanı həlak olan yüksək rütbəli hərbçilər və məmurlar artıq dəfn edilsə də, Xameneinin dəfninin uzunmüddətli gecikməsi şiə məzhəbinin ənənəsinə uyğun hesab olunmur, çünki şiə fiqhinə görə dəfnin mümkün qədər tez aparılması tövsiyə edilir.

Bundan başqa, bu vəziyyət Xameneinin nəşinin vəziyyəti ilə bağlı şayiələri də gücləndirib. Mediaya sızan məlumatlara görə, onunla birlikdə həlak olan digər iranlıların cəsədləri ciddi şəkildə zədələnib və bir neçə həftə sonra DNT testləri ilə tanınıb.

Hesab olunur ki, böyük ehtimalla Xameneinin nəşi qorunub saxlanılır, lakin onun açıq şəkildə nümayişi çətin görünür.

 İslam dini kimyəvi balzamlamanı qadağan etdiyi üçün cəsədin xüsusi soyuducu şəraitdə saxlanılması daha realdır. Şiə hüququ isə xüsusi hallarda dəfnin gecikdirilməsinə və cəsədin soyudulmuş şəraitdə saxlanmasına icazə verir.

Ekspert əlavə edib ki, məhkəmə-tibbi morqlarda cəsədlərin aylarla saxlanılması adi haldır və 4 ay dondurucuda saxlanma qeyri-adi sayılmır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada