Arxiv
15 May 2019, 13:08 | ÖLKƏ
Azərbaycan qız-oğlan nisbətinin pozulmasına görə Çindən sonra 2-cidir

Mayın 15-i Beynəlxalq Ailə günü kimi qeyd olunur. Beynəlxalq Ailə günü BMT-nin Baş Assambleyasının qətnaməsinə müvafiq olaraq 1994-cü ildən təsis edilib. Azərbaycan 2008-ci ildən bu ənənəyə qoşulub.

Ailə, Qadın, Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elgün Səfərov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, hazırda Azərbaycandakı ailələrin sayı 2 milyon 100 minə yaxındır:


“2019-cu il yanvarın 1-nə Azərbaycanda doğulan uşaqların sayı 138 982 olub. Ötən il ərzində qeydə alınan nikahların sayı 62 482 nikah, boşanmaların sayı isə 14 870 civarındadır”.

 

“Azərbaycanda ailə institutunun təkmilləşdirilməsi üçün yeni strategiya hazırdır”

Şöbə müdiri qeyd edib ki, ailə institutunun möhkəmləndirilməsi üçün Beynəlxalq Ailə günü çərçivəsində “Ailə strategiyası”nın qəbul edilməsi nəzərdə tutulub:


“Bildiyiniz kimi, 1994-cü ildə BMT-nin Baş Assambleyasının qərarı ilə mayın 15-nin Beynəlxalq Ailə günü kimi qeyd edilməsi üçün qətnamə qəbul edilib. Həmin qərara əsasən, tövsiyə edilir ki, hər ölkədə milli fəaliyyət planı, yaxud strategiya qəbul edilsin. Hazırda Azərbaycanda “Ailə strategiyası” layihəsi hazırdır. Biz gözləyirik ki, strategiya bu il ərzində qəbul edilsin və mütəmadi olaraq mətbuatda, sosial şəbəkələrdə qaldırılan məişət zorakılığı, erkən nikahlar, boşanmalar, yeni texnologiyaların yaratdığı problemlər aradan götürülsün.

Strategiya sadalanan problemlərin aradan qaldırılmasına yönəldiləcək. Bütün dövlət qurumlarının və Qeyri-Hökumət Təşkilatlarının, beynəlxalq təşkilatların bu strategiyanın tətbiqində birləşməsi nəzərdə tutulur”.

 

Azərbaycanda cinslər arasında balans pozulub

 

E.Səfərov deyib ki, Azərbaycanda qız və oğlan nisbətinin pozulması böyük təhlükədir:

“Bildiyiniz kimi bu il aprelin 9-da 10 milyonuncu vətəndaşımız doğulub. Bu gün əsas məqsəd əhalinin, insan kapitalının artım tempinin saxlanılmsıdır.

Təəssüf ki, hazırda ən böyük problem abortlardır ki, bunun nəticəsində oğlan və qız sayının nisbəti dəyişib. Çox təəssüflər olsun ki, bu gün Azərbaycanda süni abortların dəqiq statistikası aparılmır. Biz tərəfdarıyıq ki, abortların statistikası aparılsın və qeydiyyata alınsın. Cinayət Məcəlləsinin xüsusi maddələrinə istinad edilsin və hüquq mühafizə orqanları tərəfindən tətbiq edilsin. Ümumiyyətlə, hazırda Azərbaycan Çindən sonra qız və oğlan nisbətinin pozulmasına görə ikinci ölkədir. Azərbaycanda 115 oğlana nisbətdə 100 qız doğulur. Normal qaydada 100 qıza nisbətdə 105-107 oğlan olmalıdır. Azərbaycanda təəssüf ki, bu balans pozulur. Bu da ailənin strukturuna, ailənin inkişafına təsir göstərir”.

 

Azərbaycanda boşanma səbəbləri...

 

Komitə rəsmisinin sözlərinə görə, ümumiyyətlə, ailələrin sayının artması ölkənin həm iqtisadi, həm sosial inkişafına təsir göstərir:


“Ona görə də birinci məqam mövcud olan ailə sütunun gücləndirilməsi, ailə institutu mexnaizmlərinin təkmilləşdirilməsidir. Çünki zaman keçdikcə problemlər də dəyişir.

Bütün bunlar “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsində öz əksini tapıb. Qanun layihəsi parlamentin gündəmindədir. Biz çox istəyirik ki, qanun bu il, növbəti ilin əvvəllərində qəbul edilsin və bu sahədə təkmilləşdirilməyə təkan versin. Həmçinin, qeyd etdiyimiz boşluqları aradan qaldırsın. Qanun yalnız selektiv abortları deyil, ümumiyyətlə vətəndaşların sağlamlığı ilə bağlı hüquqlarının qorunması, maarifləndirmə kampaniyalarının keçirilməsini əhatə edəcək.

Yeri gəlmişkən, son 3 il ərzində ölkəmizdə boşanmaların sayı dəyişməz olaraq qalır:

“Boşanmalar il ərzində 14 870 civarındadır, əmsal 1.5-dir. Əsas məqam ondan ibarətdir ki, boşanmaya gətirib çıxaran səbəblər aradan qaldırılsın. Boşanmanın özü ilə yox, boşanmanı yaradan səbəblərlə mübarizə aparmalıyıq. Bu gün ailələrin daha çox dağılmasına səbəb olan amillər məişət zorakılığı, sonsuzluq, akoqol içkilər, narkotik vasitələrin istifadəsi və s.dir ki, “Reproduktiv sağlamlıq haqqında” qanun qəbul olunduqdan sonra onlarla mübarizə aparmaq daha asan olacaq”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanda koronavirusla bağlı son STATİSTİKA 1 İyun 2020, 23:52 ABŞ-da etirazçılara qarşı bunu da etdilər - VİDEO 1 İyun 2020, 23:39 Paytaxtda COVID-19 qurbanlarının sayı 2624-ə çatdı 1 İyun 2020, 23:24 Xırdalanda kişi yaşadığı binanın qarşısında bıçaqlanıb 1 İyun 2020, 23:11 Avropa Olimpiya Komitəsinin prezidenti öldü 1 İyun 2020, 22:54 “ÜST vasitəsilə  yardıma ən çox ehtiyacı olan 15 ölkəyə dəstək göstərəcəyik” - İlham Əliyev 1 İyun 2020, 22:40 Bakıda motosiklet yük maşınına çırpıldı 1 İyun 2020, 22:27 Azərbaycan prezidenti: “Azərbaycanın vaxtında gördüyü tədbirlər sayəsində biz minimum itki vermişik” 1 İyun 2020, 22:16 Qənirə Paşayeva 500 Tovuz məktəblisinə kitab hədiyyə edib 1 İyun 2020, 22:11 “Dörd ay ərzində qeyri-neft sənayesində 16 faizdən çox artım müşahidə olunub” - İlham Əliyev 1 İyun 2020, 22:04 “Hazırda biz yeni layihələr üzərində işləyirik” - Prezident 1 İyun 2020, 21:53 ABŞ-da küçəyə çıxma qadağası 1 İyun 2020, 21:44 Türkiyədə sutkalıq COVİD-19 qurbanlarının sayı  23 nəfərədək azaldı 1 İyun 2020, 21:28 "Qarabağ" məşqləri bərpa etdi 1 İyun 2020, 21:16 Bu ölkədə koronavirus qurbanlarının sayı 33 475-ə çatdı 1 İyun 2020, 21:04 Goranboyda taxıl biçininə start verildi - FOTO 1 İyun 2020, 20:48 Ermənistanda ağır vəziyyətdə olan 500 koronaviruslu xəstə var 1 İyun 2020, 20:38 Sosial şəbəkələrin fəaliyyətinin hüquqi müstəvidə tənzimlənməsi aktualdır 1 İyun 2020, 20:25 Azərbaycanda sabiq bələdiyyə sədrini döyüb xəstəxanalıq etdilər 1 İyun 2020, 20:14 Atışmada iki hərbçi öldü 1 İyun 2020, 20:01 Putinlə Tramp telefonla danışdılar 1 İyun 2020, 19:57 AFFA mövsümü dayandırdı - çempion bəlli oldu 1 İyun 2020, 19:48 Milli Məclis müsabiqə elan etdi 1 İyun 2020, 19:39 Mərkəzi Bankdan TƏKZİB: “Qeyd olunan məlumat həqiqəti əks etdirmir” 1 İyun 2020, 19:30 Heydər Əliyev Fondundan azyaşlılara bayram hədiyyələri - Fotolar 1 İyun 2020, 19:20 UNEC-də bəzi kafedra və fakültələr ləğv edildi 1 İyun 2020, 19:10 Qapıları 70 gün müştərinin üzünə bağlı qalan “Mall”lardan FOTOREPORTAJ 1 İyun 2020, 19:00 Azərbaycanda koronavirus testindən keçənlərin sayı 300 mini keçdi - RƏSMİ 1 İyun 2020, 18:52 Litva Prezidenti İlham Əliyevi təbrik edib 1 İyun 2020, 18:44 Azərbaycanda 5 nəfər koronavirusdan öldü - daha 168 nəfər yoluxdu 1 İyun 2020, 18:36 Şəhərdə dolaşan ayı ilə bağlı daha bir AÇIQLAMA 1 İyun 2020, 18:31 Nazirlik yoxlama apardı - 392 obyektdə nöqsan aşkarlandı: “Soliton”, “Optimal elektronika”, “Bol Market”... 1 İyun 2020, 18:23 Azərbaycanda prokuror koronavirusa YOLUXDU 1 İyun 2020, 18:15 Azərbaycanda 12 nəfərin koronavirusa yoluxduğu kənddən VİDEOREPORTAJ 1 İyun 2020, 18:09 Paşinyan koronavirusa Şuşada yoluxub? – AÇIQLAMA 1 İyun 2020, 17:59