Modern.az

Deputat Poroşenkonu məhkəməyə verdi

Deputat Poroşenkonu məhkəməyə verdi

15 May 2019, 19:47

Ukrayna Ali Radasının deputatı Borislav Rozenblat ölkənin hazırkı prezidenti Petro Poroşenkonu məhkəməyə verib.

 

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, deputat, həmçinin, Milli Antikorrupsiya Bürosunun (NABU) direktoru Artyom Sıtniklə də bağlı məhkəməyə müraciət edib. O, Ali hakimiyyət orqanından Sıtnikin səlahiyyətlərinə xitam verilməsini xahiş edib.

B. Rozenblatın P. Poroşenkoya qarşı qaldırdığı məhkəmə iddiası isə, sonuncunun NABU-ya direktor təyin etmə səlahiyyətinin olmaması ilə bağlıdır.

 

Hazırda məhkəmədə inzibati məsələ ilə bağlı suala baxılır.   

 

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Gürcüstanda ARA QARIŞDI - Minlərlə insan küçələrə axışdı