Arxiv
24 May 2019, 14:51 | AKTUAL
Arif Rəhimov Formula 1-in Bakıya qazandırdıqlarından danışdı  

 

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov Monako Qran Prisi ərəfəsində Formula 1-in işgüzar fəaliyyətinə dair ənənəvi olaraq keçirilən iqtisadi forumun builki buraxılışında iştirak edib.

 

Modern.az xəbər verir ki, “Financial Times” qəzetinin təşkilatçılığı ilə hər il “Monako və bu şəhərin Formula 1-dəki yeri” adı altında keçirilən forum bu il Monako Qran Prisinin 90 illiyi münasibətilə xüsusi mövzuya - “Formula 1-in iqtisadi faydaları”-na həsr olunub.

 

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) dəstək göstərdiyi bu forumda natiq qismində BŞH-nin icraçı direktoru Arif Rəhimov, Fransa Qran Prisinin strateji məsləhətçisi və qlobal səfiri Erik Bulliyer, “Formula One Management” şirkətinin təşkilati və işgüzar əlaqələr üzrə baş direktoru Kloy Target-Adams, UBS şirkətinin sponsorluq və tədbirlər departamentində brend aktivasiyası üzrə qrup rəhbəri Biyorn Vaspi, “Williams” komandasının rəhbər köməkçisi Kler Uilyams və Sky Sports tele-kanalının Formula 1 üzrə rəhbəri Skot Yanq iştirak edib.

 

Sayca 3-cü olan builki foruma avtoidman dünyasından 100-ə yaxın ali nümayəndə, o cümlədən Formula 1-də sponsorluq ilə çıxış edən şirkətlərin təmsilçiləri, bilet və qonaqlama xidmətinə dair agentliklər, komanda rəhbərləri və digər yuxarı səviyyəli idarəçilər dəvət olunub.

 

Forumda çıxış edən A.Rəhimov şəhərin mərkəzi küçələrində keçirilən Azərbaycan Qran Prisinin ölkəyə və xüsusən də paytaxt Bakıya qazandırdığı iqtisadi və sosial faydalardan danışıb, qlobal təqdimat baxımından yarışın yaratdığı geniş imkanlardan söhbət açıb.

 

Forum zamanı digər natiqlər Formula 1-in yeni rəhbərliyinin bu idmanın təşkilatçılığına gətirdiyi yeniliklər və onun təsirləri, yarışın ümumi iqtisadi faydaları, yarış məkanlarında qlobal və yerli brendlər üçün yaradılmış yeni sponsorluq imkanları, gəncləşən Formula 1 auditoriyasının yeni cağırışları və təqvimə əlavə olunan yeni yarış məkanlarının mümkün təsirləri ətrafında fikir mübadiləsi aparıblar.

 

Qeyd edək ki, Bakı Şəhər Halqasının Monakoda baş tutan forumda iştirakı təsadüfü deyil. Əməliyyat şirkəti Bakıda 200-dək nümayəndənin, o cümlədən Formula 1-in rəhbərliyi, avtoidman dünyasının aparıcı nümayəndələri və beynəlxalq media təmsilçilərinin iştirakı ilə indiyədək son 3 il ərzində hər il ardıcıl olaraq Formula 1 yarışlarının ölkəyə faydaları mövzusunda beynəlxalq konfrans keçirib. Bundan başqa şirkətin təşəbbüsü ilə ilk iki ildə baş tutan Formula 1 Qran Pri yarışlarının ölkəyə gətirdiyi birbaşa və dolayı gəlirlərinin müəyyənləşdirilməsinə dair müstəqil araşdırma həyata keçirilmişdir və bu araşdırmanın nəticələri ictimaiyyətə təqdim olunmuşdur.  

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ramin Bayramlı: Jurnalistlər və həkimlər arasında virusa yoluxanlar çoxdur 3 İyul 2020, 18:03 Yoluxma simptomu olmayanlar təhlükəli şəxslərdir - Ramin Bayramlı 3 İyul 2020, 17:56 Ermənistanın xarici işlər naziri Azərbaycan ərazisinə gəldi 3 İyul 2020, 17:56 Rayonlara gediş-gəliş hələ açılmayacaq - Prezidentin köməkçisi  3 İyul 2020, 17:52 İyun ayının 190 manatı bu tarixdə veriləcək - RƏSMİ 3 İyul 2020, 17:49 Şənbə-bazar günü işə gedənlər nə edəcək? - Operativ Qərargahdan AÇIQLAMA 3 İyul 2020, 17:46 SMS icazə sistemində YENİLİK edildi 3 İyul 2020, 17:44 Qazaxıstanda Nazarbayevə heykəl ucaldıldı 3 İyul 2020, 17:40 icazə.e-gov.az portalında yenidən icazə almaq tələb olundu - XƏBƏRDARLIQ 3 İyul 2020, 17:39 Payız ayları üçün vəziyyətə hazır olmalıyıq - TƏBİB sədri 3 İyul 2020, 17:34 “Yas mərasimində 84 nəfər koronavirusa yoluxub” - Ramin Bayramlı 3 İyul 2020, 17:29 Koronavirusa yoluxanların yarıdan çoxu Bakının payına düşür - RƏQƏMLƏR 3 İyul 2020, 17:24 Azərbaycanda koronavirusdan ölüm 2 faiz təşkil edir 3 İyul 2020, 17:21 Koronavirusla bağlı qeyri-müəyyənlik davam edir - Prezidentin köməkçisi  3 İyul 2020, 17:18 Türkiyə Ali məhkəməsi Aya Sofya məbədinin statusunu dəyişməyə icazə verdi 3 İyul 2020, 17:17 Azərbaycanda daha 583 nəfər koronavirusa yoluxdu - 7 nəfər öldü  3 İyul 2020, 17:16 Biz cəmiyyət olaraq, böyük təhlükə ilə üz-üzəyik” - Prezidentin köməkçisi 3 İyul 2020, 17:13 Baş prokuror Türkiyənin ölkəmizdəki səfiri ilə görüşüb - FOTO 3 İyul 2020, 17:11 Operativ Qərargah brifinq keçirir - Canlı 3 İyul 2020, 17:05 İqtisadiyyat Nazirliyinin səlahiyyətləri artırıldı 3 İyul 2020, 17:00 Baş Nazir sərt karantin rejimi barədə qərarı TƏSDİQLƏDİ 3 İyul 2020, 16:55 Putin Konstitusiyaya dəyişiklikləri TƏSDİQLƏDİ 3 İyul 2020, 16:51 Dövlət Agentliyi 84 obyektdə pozuntu aşkar etdi 3 İyul 2020, 16:50 Bakı-Sumqayıt elektrik qatarlarının hərəkəti dayandırılır 3 İyul 2020, 16:45 Nazir müavini növbəti tədris ili ilə bağlı tapşırıqlarını verdi 3 İyul 2020, 16:39 Prezident Dövlət Vergi Xidmətinin Əsasnaməsini dəyişdirdi - FƏRMAN 3 İyul 2020, 16:33 İyunda pensiya, müavinət, təqaüd və ünvanlı sosial yardım alanların sayı AÇIQLANDI 3 İyul 2020, 16:27 Bugünkü buraxılış imtahanlarının nəticələri 5 günə açıqlanacaq - RƏSMİ 3 İyul 2020, 16:21 İlham Əliyev Trampa məktub göndərdi 3 İyul 2020, 16:18 AMEA rəhbərliyi vurusa yoluxmuş alimə kömək edəcəyinə SÖZ VERDİ 3 İyul 2020, 16:12 DİN-dən Ordu bölmələrinin xüsusi karantin rejiminə cəlb olunması barədə AÇIQLAMA 3 İyul 2020, 16:06 Macarıstanda təhsil almaq hüququ qazananların siyahısı AÇIQLANDI 3 İyul 2020, 16:00 “Sərtləşdirilmiş karantinin uzadılması, pandemiyanın zəiflədilməsinə hesablanıb” - Deputat 3 İyul 2020, 15:56 Türkiyə aviasiyası İraqın şimalını bombaladı 3 İyul 2020, 15:49 BMU-nun magistratura pilləsinə sənəd qəbulu onlayn aparılacaq 3 İyul 2020, 15:48