Modern.az

Qəzzada vəziyyət  kritik həddə çatdı

Qəzzada vəziyyət  kritik həddə çatdı

Dünya

25 May 2019, 23:06

Qəzzada vəziyyət  kritik həddə çatıb.

 

Modern.az xəbər verir ki, buna səbəb dərman və tibbi vasitələrin çatışmazlığıdır.

 

Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, 52 faizlik dərman çatışmazlığı gəlcəkdə daha böyük problemlərə yol aça bilər.

 

Qəzza Şəfa Sağlıq Mərkəzinin direktoru Midhat Abbas səhiyyə ilə əlaqədar qurumların antibiotik, şəkər, böyrək, təzyiq, ürək çatışmazlığı kimi xəstəlikləri müalicə edən dərmanları təmin edə bilmədiyini söyləyib. O, xəstələrin həyatını xilas etmək üçün sağlıq sektorunun bütün dəstəkçilərini və xeyriyyəçi adamları yardım etməyə çağırıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!