Modern.az

Gürcüstanda bayram tədbiri dağıldı - SƏBƏB

Gürcüstanda bayram tədbiri dağıldı - SƏBƏB

26 May 2019, 20:36

Gürcüstan ərazisində mayın 26-da günün ikinci yarısında güclü külək və yağış ciddi fəsadlar törədib.

 

Modern.az  “Azərtac”a istinadən  xəbər verir ki, güclü külək paytaxt Tbilisidə, Müstəqillik Günü ilə əlaqədar mərkəzi Rustaveli prospektində təşkil olunan kənd təsərrüfatı məhsullarının satışı yarmarkasını, idman yarışları və konsertlər keçirilməsi üçün quraşdırılmış konstruksiyaları dağıdıb. Xəsarət alan olmayıb.

 

Telavidə külək konsert üçün quraşdırılmış səhnəni uçurub. Daha bir neçə bölgədə ağaclar aşıb, bəzi kəndlərdə evlərin damı dağılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir