Modern.az

Əfqanıstanda 19 terrorçu məhv edildi

Əfqanıstanda 19 terrorçu məhv edildi

Dünya

26 May 2019, 23:17

Əfqanıstanın cənub-şərqindəki Paktika və Qazni əyalətlərində xüsusi təyinatlı qüvvələrin keçirdikləri əməliyyat və aviazərbələr nəticəsində “Taliban” silahlı qruplaşmanın azı 19 döyüşçüsü məhv edilib.

Modern.az xəbər verir ki, bu barədə “Khaama Press” agentliyi hərbi mənbələrə istinadən məlumat yayıb.

 

“Əfqanıstan xüsusi təyinatlılarının əməliyyatı Bermal rayonunda keçirilib. Nəticədə 15 “Taliban” silahlısı və çoxlu miqdarda silah-sursat məhv edilib”, - məlumatda belə deyilir.

 

Agentliyin məlumatına görə, Qazni əyalətində endirilən aviazərbələr zamanı isə daha dörd “Taliban”çı zərərsizləşdirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir