Arxiv
1 İyun 2019, 09:16 | HADİSƏ
“Uşağın çöpü qalmışdı” - Həkimlər həyəcan təbili çalır, valideynlər razılaşmır

“Uşağın çöpü qalmışdı, çöpçü çıxartdı”. Azyaşlı uşaqların valideynlər arasında belə söhbətlər tez-tez eşidilir. Müasir zəmanədə çöpçülərə inanlar da var, onları inkar edənlər də.
Doğrudanmı uşağın boğazında çöp qalır? Bunu aradan qaldırmağı bacaran ara həkimlərə inanmaq olarmı? “Çöpçülük” xalq təbabətinin bir qoludurmu?

Modern.az saytının əməkdaşı məsələni araşdırmağa çalışıb.

Tibb mütəxəssisləri deyirlər ki, lor həkimləri olan yerdə çöpçü yanına getmək düzgün deyil.

Çöpçülər isə bildirirlər ki, uşağın qırtlaq-udlaq nahiyəsində qalan hər hansı yad cismi masaj etmək, üfürməklə çıxarmaq dədə-babadan qalma fəaliyyətdir.

 

“Bəzi hallarda uşağın qırtlaq-udlaq nahiyəsində müxtəlif şeylər - meyvə qabığı, dənəsi, çəyirdəyi, tumu, ət parçası, sümük ya da digər yad cism ilişib qala bilir. Bu, ya qidalanma zamanı baş verir, ya da uşağın bilməyərəkdən həmin cismləri ağzına qoymasından yaranır”,-deyə adının çəkilməsini istəməyən çöpçü qadın bildirib. Onun sözlərinə görə, əlini uşağın boğazına toxunduran kimi həmin boşluqda nəsə qalıb-qalmadığını hiss edir.


Övladının çöpçü sayəsində sağaldığını deyən valideyn Nailə Məmmədova da həkimlərlə razılaşmır:

 

“Düzdür, əvvəllər mən də çöpçülüyə inanmırdım, amma başına gəlməyən bilməz.

Son zamanlar uşağın qızdırması düşmürdü, durmadan ağlayırdı. Ağzından isə xoşagəlməz qoxu gəlirdi. Yemək yemir, halsızlaşır, nə verirdim qusurdu.

Həkimə apardım, nə qədər dərman - siroplar yazdı, dedi ki, bunları uşağa içir, keçib gedəcək.

 

Amma keçmədi. Qonşular elə hey deyirdilər ki, yaxınlıqda bir çöpçü, var apar onun yanına. Düzdür, evdəkilər razı olmurdu. Axırda yeganə ümid yerim çöpçünün yanına getmək oldu. Allahdan sonra uşağın sağalmasına çöpçü yardımçı oldu.

Uşağın üzünə baxan kimi dedi ki, bunun çöpü qalıb. İlk olaraq  boğazını əli ilə ovxaladı. Daha sonra ağzına 2 dəfə üfürdü, burnuna da həmçinin.

 

İnanırsınızz, ovucunda mənə qara yad cisimlər göstərdi. Uşağın boğazında sən demə muncuq, birdə alma qabığı ilişib qalıb. Ondan sonra uşağın sanki üzü güldü. İndi nəsə belə bir hal olanda çöpçüyə üz tuturam. Həqiqətən gözlərimlə şahidi oldum. Mənə elə gəlir ki, bu bir Allah vergisidir”.

Həkimlər isə “çöpçü” adlanan ara adamları ilə təmasdan qaçmağı məsləhət görür, hətta bəzən bununla bağlı həyəcan təbili çalırlar.  Deyirlər ki, çöpçülərin xüsusilə ağıza üfürmələri uşaqlara infeksiya, mikroblar keçməsinə səbəb ola bilər.

 

Azərbaycanın baş pediatrı, K.Fərəcov adına Elmi -Tədqiqat Pediatriya İnistitutunun direktoru Nəsib Quliyev məsələ ilə bağlı Modern.az-a danışıb:

 

“Ümumiyyətlə  çöpçülük anlayışına münasibətim pisdir. Dünyada “çöpçü” adlı sənət yoxdur. Bu fəaliyyət dələduzluq, fırıldaqçılıq hesab edilir. Ara adamlarının boğazdan yad cisimlər çıxara bilmələrinə də inanmıram. Çünki onu tibb işçiləri həyata keçirə bilərlər”.

Nəsib Quliyev deyir ki, başqa ölkələrdə, məsələn, Almaniyada, İngiltərədə belə “ara həkimləri” yoxdur, çünki insanların problemə yanaşması fərqlidir:

“Əgər bizim uşaqlarda çöp qalırsa, ingilis uşaqlarının boğazlarında niyə qalmır? Bilirsiniz,  burda məntiq də yoxdur. İnsanları sadəcə aldadırlar, hətta inandırmağa da çalışırlar”.


Baş pediatrın sözlərinə görə, özünə hörmət edən, savadı olan həkim heç vaxt xəstəni çöpçüyə aparmağı məsləhət görməz:

“Bütün bunların da günahını valideynlərdə görürəm.

Bir pediatr kimi bütün bunların əleyhinəyəm. Valideynlərə də tövsiyəm odur ki, nəsə xoşagəlməz hadisə olsa, həkimə müraciət etsinlər, çöpçüyə yox”.


Jalə MEHDİYEVA

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
DİQQƏT! Sabah Bakının bu küçələrində yol bağlanacaq 19 Avqust 2019, 12:41 “Vikipediya”da Tofiq Hüseynzadə haqqında üç dildə məqalə yaradılıb 19 Avqust 2019, 12:40 Deputatdan oğlunun tutulması xəbərinə REAKSİYA 19 Avqust 2019, 12:36 İnam Kərimov Beyləqanda vətəndaşları qəbul edəcək 19 Avqust 2019, 12:33 Qəzaya uğrayan təyyarəmizin “qara qutusu” tapıldı - FOTO 19 Avqust 2019, 12:12 Nazir və nazir müavinləri Cənub bölgəsinə gedirlər 19 Avqust 2019, 12:08 AQTA maarifləndirir: Çörək alarkən və saxlayarkən nəyə diqqət yetirməli? 19 Avqust 2019, 12:06 Direktor müavini işləmək istəyənlər üçün vakansiya seçimi başladı 19 Avqust 2019, 12:03 Azərbaycanda 250 ailə üçün meyvə bağları salınır 19 Avqust 2019, 11:46 Vəzifəli şəxs 3000 manat cərimələndi 19 Avqust 2019, 11:44 Bakıda bu iki sinfin bütün məzunları ali məktəbə qəbul olunub - FOTOLAR 19 Avqust 2019, 11:35 Təhsil şöbəsinin müdiri işdən çıxarılıb 19 Avqust 2019, 11:16 “Relax”da nə baş verib? - İcra başçısının müavini və istirahət mərkəzinin rəhbərliyi davadan DANIŞDI 19 Avqust 2019, 11:09 Tramp: “İranlılar çox məğrur millətdir amma ...“ 19 Avqust 2019, 11:00 “Sosial şəbəkə müxalifəti” seçki yerinə yalan, böhtan düşüncəsini seçirsə... 19 Avqust 2019, 10:45 Deputatın oğlu və 5 qohumu saxlanıldı  19 Avqust 2019, 10:41 “Qaçqınkom”un Nərimanov və Sabunçu üzrə sektor müdirləri cəzalandırıldı 19 Avqust 2019, 10:34 Ermənistan atəşkəsi 23 dəfə pozub 19 Avqust 2019, 10:25 Şəmkirdə ərinin yandırdığı arvad Bakıda öldü - FACİƏ 19 Avqust 2019, 10:05 Bu gün abituriyentlərin elektron ixtisas seçimi başa çatır 19 Avqust 2019, 10:04 “Azərsu” sədri 36 vətəndaşın müraciətini dinlədi 19 Avqust 2019, 09:58 Bakıda yol polisinin avtomobili qəzaya düşdü 19 Avqust 2019, 09:52 Cəbhədə vəziyyət gərgin olaraq qalır 19 Avqust 2019, 09:50 Dövlət qulluğuna qəbul imtahanından keçən şəxslərin NƏZƏRİNƏ 19 Avqust 2019, 09:49 İcra başçısı şikayətləri yerində həll etdi 19 Avqust 2019, 09:36 Rafael Hüseynov: ““Kommunist” qəzetindən aldığım məktubu açanda gözlərimə inanmadım” - MÜSAHİBƏ 19 Avqust 2019, 09:24 Manatın bugünkü məzənnəsi açıqlandı 19 Avqust 2019, 08:31 İş axtaran 3728 müəllim üçün müsahibə mərhələsi başlayır 19 Avqust 2019, 08:30 Suriya ordusu hərəkətə keçdi 19 Avqust 2019, 00:33 Sakit Okeanda güclü zəlzələ 19 Avqust 2019, 00:14 Qax sakini Şəkidə faciəvi şəkildə öldü 18 Avqust 2019, 23:52 Xəzərdə batan 2 əcnəbi xilas edildi 18 Avqust 2019, 23:38 Təhsil eksperti ilə vəkil arasında QALMAQAL: “Onun barəsində “Mafioz vəkil”...” 18 Avqust 2019, 23:15 Psixiatriya xəstəxanasının pasienti 4 nəfəri öldürdü 18 Avqust 2019, 23:02 Almaniyada insanlara bıçaqla hücum: 2 ölü 18 Avqust 2019, 22:43