Arxiv
14 İyun 2019, 09:33 | MEDİA
Jurnalistlərin də övladları məzun oldular - YENİLƏNİB+FOTOLAR

Bu gün Azərbaycanın bütün ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri keçirilir.

Təhsil Nazirliyinin məlumatına görə, bu il respublikanın ümumtəhsil məktəblərinin XI siniflərini 80514 nəfər şagird bitirir. Bunlardan 19786 nəfər şagird Bakıda məzun olur.


Modern.az-ın məlumatına görə, bu gün məzun adı qazanan yeniyetmələr arasında jurnalist övladları da var.



Müstəqil jurnalist Aygün Muradxanlının qızı Humay Bakı Atatürk Litseyinin 27-ci məzun törənində orta təhsili başa vuran yeniyetmələr sırasında olub.


“Yeni Azərbaycan” qəzetinin redaktoru Nadir İsmayılovun (Azəri) da qızı bu gün Bakı Atatürk Litseyini bitirən məzunlar sırasında idi. Yeri gəlmişkən, Şəmsiyyə İsmayıllı bu il Türkiyə universitetlərinə imtahan verib.



“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı da bu gün sevinən valideynlərdəndir.
Jurnalistin ikinci qızı Banuçiçək orta məktəbdən məzun olub.  Qeyd edək ki, məzunun anası Məlahət Zeynallı da jurnalistdir.



Müstəqil jurnalist-yazar Arzu Soltanın oğlu bu il orta məktəbə əlvida deyib.



Jurnalist, BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycan üzrə əməkdaşı Rəşad Hüseynovun qızı da bugünkü məzunlar sırasındadır. Yeri gəlmişkən, Rəşad Hüseynovun xanımı Xatirə Hüseynova da jurnalistdir, BDU-nun Jurnalistika fakültəsinin müəllimi, filologoya üzrə fəlsəfə doktorudur.


Jurnalistlər Fərəh Sabirqızı və Məğrur Əliyev də bu gündən məzun valideynləri sayılırlar. Onları qızı Fidan Əliyeva Bakı Atatürk Litseyini bitirib.
 

Unikal.org saytının əməkdaşı Hüseyn İsgəndərovun qızı Ləman İsgəndərova da bu gün məzun olanlar sırasındadır. 

“Yeni Müsavat” qəzetinin baş redaktorunun I müavini Azər Ayxanın qızı Ayan da orta məktəbi bitirib.


Bu il orta məktəbə “əlvida” deyənlər sırasında jurnalist Azər Rəşidoğlunun oğlu Rəşid də var.

FED.az biznes portalının redaktoru Əli Əhmədovun oğlu Cavidan da məzunlar sırasına qoşulub.


Azərbaycan Memarlıq və İnşaat Universitetinin mətbuat xidmətinin rəhbəri Nəcibə Mirzəyevanın oğlu Murad da orta məktəblə vidalaşıb.



Jurnalist Səlim Əzizoğlu da bu gün övladının məzun toplantısına sevinən valideynlərdən olub.


Real TV-nin əməkdaşı Ləman Ələşrəfqızının oğlu Rəsul İsmayılov bu gün məzun kimi Nəsimi rayonundakı 9 saylı orta məktəblə vidalaşıb.



"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı oğlu Əbdüləzimin Bakı Atatürk Liseyindən məzun olmasına sevinib.


"İstiqlal.az" saytının baş redaktoru Qadir İbrahimlinin qızı Arzu üçün də bu gün orta məktəbdə "Son zəng" çalınıb. 


Bakı Slavyan Universitetinin Jurnalistika kafedrasının dosenti, müstəqil jurnalist Mübariz Əhmədovun oğlu Ülvi 220 saylı məktəb-liseyi bitirərək məzun olub.


Qızının orta məktəbdən məzun olması "Region plus" jurnalının baş redaktoru Namiq Mayılovu da sevindirib.


Övladının məzun olmasına sevinən jurnalistlərdən biri də Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilovdur. Onun oğlu orta məktəblə vidalaşıb.

Jurnalist Zemfira Məmmədqızının övladı Vəfa üçün də iyunun 14-də “Son zəng” çalındı. Yeri gəlmişkən, Vəfa Əlibəyli  SAT (1260) ve İElTS (7,5) imtahanlarını verərək, Litva, Çexiya və Macarıstanın 5 universitetindən təklif alıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
23 iyul tarixinin nə günahı var? 23 İyul 2019, 00:45 Çempionlar Liqasında II təsnifat mərhələsi başlayır 23 İyul 2019, 00:29 Bərdədə iki azyaşlı uşaq xəstəxanaya atılıb 23 İyul 2019, 00:13 26 il işğalda qalan Ağdam... 23 İyul 2019, 00:02 Azərbaycan nefti bahalaşdı 22 İyul 2019, 23:42 Gürcüstanda 4 bal gücündə zəlzələ 22 İyul 2019, 23:21 Bakıda bacısı təhqir edilən şəxs bıçaqlandı 22 İyul 2019, 23:02 Azərbaycanlı Ukrayna Ali Radasının deputatı seçildi 22 İyul 2019, 22:44 59 yaşın mübarək, Yunus Oğuz! 22 İyul 2019, 22:36 “Şüvəlan” fəaliyyətini dayandırdı 22 İyul 2019, 22:27 Azərbaycanın 6 atleti mübarizəni dayandırdı 22 İyul 2019, 22:13 Bu ölkələrə 10,5 milyon avro yardım edilir 22 İyul 2019, 21:58 87 dövlət əmlakı hərraca çıxarıldı 22 İyul 2019, 21:43 Azərbaycan komandası ilk oyunda uduzdu 22 İyul 2019, 21:29 Əli Babacanın  partiyasında bu şəxslər təmsil olunacaq 22 İyul 2019, 21:14 Nazir səfirlə müzakirə  apardı 22 İyul 2019, 20:59 “Bu gün mətbuat dövlətin himayəsində və qayğısında olmalıdır” - Əli Həsənov 22 İyul 2019, 20:44 Prezident mühüm qanunu imzaladı 22 İyul 2019, 20:29 Hacıqabulda 5 otaqlı ev yandı 22 İyul 2019, 20:16 Arvadını qətlə yetirən şəxsin istintaqı yekunlaşdı 22 İyul 2019, 20:01 "Çin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini müdafiə edir" - Mübariz Qurbanlı 22 İyul 2019, 19:45 Azərbaycan “Beynəlxalq Hərbi Tibb Komitəsinin Nizamnaməsi”nə qoşulur 22 İyul 2019, 19:35 Məmur olmaq istəyənlərin NƏZƏRİNƏ 22 İyul 2019, 19:30 İki qadın güləşçimiz gümüş medal qazandı 22 İyul 2019, 19:25 “Akkord” dezinformasiyalara aydınlıq gətirdi   22 İyul 2019, 19:16 Baş Prokurorluq jurnalistləri təbrik etdi 22 İyul 2019, 19:05 Məhkəmə-hüquq islahatlarının yeni mərhələsi - Fuad Ələsgərov şərh edir 22 İyul 2019, 18:56 Pendir alarkən və istehlak edərkən nəyə diqqət etməli? 22 İyul 2019, 18:47 “Vüsalə Ağabəylinin dekan kimi hansı nöqsanlara yol verdiyi faktlarla sübuta yetirilir” - Əfqan Abdullayev 22 İyul 2019, 18:38 BDU rektoru universitetin jurnalist əməkdaşlarını Milli Mətbuat Günü münasibətilə qəbul edib - FOTO 22 İyul 2019, 18:27 Prezident həmkarını təbrik edib 22 İyul 2019, 18:18 Ana 9 yaşlı oğlunu döydü, uşaq evdən qaçdı - FOTO   22 İyul 2019, 18:09 “Nar” yarışma keçirdi 22 İyul 2019, 18:00 Lənkəranda tank əleyhinə mina aşkarlanıb - FOTO 22 İyul 2019, 17:50 "Azərbaycan mötəbər yarışları ən yüksək səviyyədə keçirən ölkə kimi tanınır" - Ceyhun Bayramov 22 İyul 2019, 17:42