Modern.az

Türkiyəli media rəhbəri: “Ermənicə TV-nin açılmasına etirazımız düz deyil”  

Türkiyəli media rəhbəri: “Ermənicə TV-nin açılmasına etirazımız düz deyil”  

16 İyun 2019, 10:07

Türkiyənin ilk erməni-türk televiziya kanalı olan “Luys TV” fəaliyyətə başlayıb. Bəs görəsən bu televiziyanın açılmasına niyə icazə verilib? Erməni təbliğatının bir parçası olan bu TV-nin fəaliyyətinə necə nəzarət olunacaq?

 

Məsələ ilə bağlı Modern.az-a danışan Qlobal Qəzetçilər Şurasının sədri, DİM mediaq qrupun təsisçisi Mehmet Ali Dim deyib ki, Türkiyədə televiziya açmaq sərbəstdir - istər türkcə, istərsə də ermənicə.

 

"Qanunlar buna icazə verir. Rəsmi prosedurları tamamladıqdan sonra rahat şəkildə televiziya, qəzet, sayt və digər media qurumu açmaq olar. Türkiyədə rəsmi olaraq hərhansı bir dildə kanal açılmasına qadağa olmadığı üçün bizim də erməni dilində televiziyanın açılmasına etiraz etməyimiz düzgün olmaz".

 

O bildirib ki, bununla belə televiziyanın yayımına diqqət edilməlidir.

 

"Biz görməliyik ki, bu televiziya Türkiyənin və qardaşımız Azərbaycanın maraqlarına xələl gətirəcəkmi? Erməni məsələsində Türkiyənin və Azərbaycanın əleyhinəmi veriliş olacaqmı? Əsas bu məsələyə diqqət etmək etmək lazımdır. Bu televiziyanının yayımı izlənilməlidir ki, bilək nədən söhbət gedir. Türkiyədə radio və televiziyaya nəzarət edən bir qurum var. Həmin qurumun işi televiziyaların yayımını izləmək və ehtiyac olarsa yayımını saxlamaqdır. Dolayısı ilə bunu dövlətin diqqətdə saxlaması lazımdır".

 



Qeyd edək ki, "Luys TV" erməni jurnalist Aram Kuran tərəfindən yaradılıb. Telekanalda 70 faiz erməni, 30 faiz isə Türk dillərində verilişlər yayımlanacaq. 


"Luys TV"-nin Baş direktoru Aram Kuran "Anadolu" agentliyinə bildirib ki, sözügedən telekanalın yayım hazırlığı işinə 2 il öncə başlanılıb:

 

"Telekanalı quran zaman çox çətin yollardan keçdik. Bu çətin yolda bizə ən böyük dəstəyi cənab prezident Rəcəb Tayyib Ərdoğan verdi. Bu münasibətlə mən cənab Ərdoğana öz təşəkkürümü bildirirəm".

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir