Arxiv
18 İyun 2019, 18:17 | AKTUAL
Qərbi Kaspi Universitetində “STEM plyus” bilik olimpiadası keçirilib

Qərbi Kaspi Universitetinin təşkilatçılığı ilə məktəblilər arasında “STEM plyus” bilik olimpiadası keçirilib. STEM science (elm), technology (texnologiya), engineering (mühəndislik), math (riyaziyyat) sözlərinin baş hərflərinin birləşməsindən düzəlmişdir. STEM şagirdlərin məktəbdə texniki fənlərdən öyrəndiklərini texnologiya və mühəndisliklə birləşdirib gündəlik həyatda tətbiqetməsidir. Yarışın sualları texniki sahə və dünya görüşü ilə əlaqəli olduğu üçün yarışma “STEM Plus” adlandırılıb.

 

Yarışmanın təşkilində məqsəd gənclərimizin orta ixtisas təhsili zamanı əldə etdikləri bilik və bacarıqlarınının yoxlanılması və onlarda elm, texnologiya və mühəndislik sahələrinə marağın artırılmasıdır.

 

Olimpiadanın açılışında çıxış edən universitetin rektoru, professor Andris Leitas bildirib ki, Qərbi Kaspi Universiteti məktəblilərin iştirakı ilə müxtəlif məzmunlu layihə və tədbirlər həyata keçirir. Tədrisin keyfiyyətinin və praktik yönümünün gücləndirilməsinə yönəlmiş tədbirlər, eyni zamanda, infrastruktur layihələri reallaşdıran Qərbi Kaspi Universitetində artıq iki ildir ki, mühəndislik ixtisasları üzrə kadr hazırlığı aparılır. Universitetdə bu məqsədlə Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi, Yüksək Texnologiyalar Parkı (Texnopark) fəaliyyət göstərir. Texnoparkda İdeya Bankı, biznes-inkubasiya mərkəzi, texnoloji transfer ofisi, mexatronika və robototexnika laboratoriyası və başqa mərkəzlər var. Texnoparkdan sərbəst istifadə imkanı yaradılıb. Belə ki, ideyası olan tələbə və şagirdlər Texnoparka müraciət edərək dəstək ala bilirlər. Texnopark orta məktəb şagirdlərini müntəzəm olaraq müxtəlif layihələrə, praktik çalışmalara cəlb edir və onlarda mühəndislik sahələrinə olan marağı artırmaq, eləcə də bacarıq və qabiliyyətlərini inkişaf etdirmək üçün səy göstərir.

“STEM Plus” yarışması da bu tədbirlərdən biridir.

 

Məktəblilərdən ibarət 50-dək komandanın qatıldığı yarış olduqca maraqlı və gərgin mübarizə şəraitində keçib. Şagirdlər mühəndislik, texnologiya, riyaziyyat və elmin müxtəlif sahələri ilə bağlı sualları cavablandırıblar.

 

Marafonun sonunda Bakı şəhər 12 nömrəli məktəb birinci yerə layiq görülüb. Bakı şəhər 20 və 116 nömrəli məktəblər isə müvafiq olaraq iki və üçüncü yerləri tutublar.

 

Qalib gələn komandalar diplom və mükafatlarla təltif ediliblər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
II ixtisas qrupu üzrə 600+ bal toplayanlar “UNEC-i tanı” layihəsində 24 İyul 2019, 12:57 FHN-ə yeni mətbuat katibi təyin olundu 24 İyul 2019, 12:54 Abid Şərifov: “Jurnalistin işdən çıxarılması məni maraqlandırmır” 24 İyul 2019, 12:45 Güclü külək sabah da davam edəcək - HAVA PROQNOZU 24 İyul 2019, 12:34 Gənclər Fondu qrant müsabiqəsi elan etdi 24 İyul 2019, 12:34 Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun İordaniya  ilə əlaqələri güclənir 24 İyul 2019, 12:23 Tarixdə iz qoyanlar: Ermənilərin didərgin saldığı, iflicdən ölən VƏTƏN ŞAİRİ 24 İyul 2019, 12:20 Deputatdan təcili tibbi yardımlarla bağlı TƏKLİF 24 İyul 2019, 12:04 Jurnalist Səbuhi Məmmədli imzasını dəyişdi 24 İyul 2019, 11:52 “Azercell-Lab” təcrübə proqramının qalibləri bilindi 24 İyul 2019, 11:42 Sahil Babayev 6 ayda 450 nəfəri qəbul etdi 24 İyul 2019, 11:35 Şəkidə asfalt iki elektrik dirəyinin arasından çəkilib? – Agentlikdən AÇIQLAMA 24 İyul 2019, 11:33 ABŞ Senatı Mark Esperin müdafiə naziri təyinatını təsdiqlədi   24 İyul 2019, 11:27 Qarabağda erməni hərbçi öldü 24 İyul 2019, 11:13 Heydər Əliyev Mərkəzində daha bir unikal sərgi AÇILACAQ 24 İyul 2019, 10:55 UNESKO-nun nümayəndəsi Bakıdan YAZDI 24 İyul 2019, 10:51 Cəbhədə monitorinq keçiriləcək   24 İyul 2019, 10:39 “Neftçi” Rusiyaya uça bilmir 24 İyul 2019, 10:27 Kapital Bank – 145 il sizinlə! 24 İyul 2019, 10:12 Bəzi marşrutların hərəkət sxemi dəyişdirildi 24 İyul 2019, 10:03 Bakıda qəza tıxaca səbəb oldu - FOTO 24 İyul 2019, 09:57 Ermənilər cəbhədə təxribatlara davam edir 24 İyul 2019, 09:44 4 rayon qazsız qalacaq 24 İyul 2019, 09:40 Manat və dollar bu gün neçəyə satılır? 24 İyul 2019, 09:33 Lalə Şövkət Leyla Yunusu təkzib edir 24 İyul 2019, 09:22 Ali məktəblərə ixtisas seçimi başlayır   24 İyul 2019, 09:15 Ötən gün yeddi EYOF idmançısına tibbi yardım göstərilib 24 İyul 2019, 09:06 Bakını cənginə alan küləklər: “...Metereoloji silahlardan istifadə edilir” - AÇIQLAMA 24 İyul 2019, 09:02 Tramp Türkiyəyə qarşı sanksiyanı müzakirə etdi 24 İyul 2019, 08:55 "EYOF Bakı 2019": Bu gün keçiriləcək yarışlar - CƏDVƏL 24 İyul 2019, 08:52 “Oyuna tam konsentrasiya olmalıyıq” - Qurban Qurbanov 24 İyul 2019, 00:33 ABŞ çətin durumda qalacaq 24 İyul 2019, 00:16 Cəlilabadda azyaşlını avtomobil vurdu 23 İyul 2019, 23:59 Türkiyə BTQ ilə daşımaların həcmini artırır 23 İyul 2019, 23:46 Ermənilər Rəşid Behbudovun qızına hücum çəkdilər - VİDEO 23 İyul 2019, 23:27