Arxiv
19 İyun 2019, 11:50 | ÖLKƏ
“Bundan sonra hərbçi olmaq istəyənlərin sayı artacaq” - Prezidentin hərbçilərlə bağlı sərəncamı belə QİYMƏTLƏNDİRİLDİ

Ötən gün ölkə Prezidenti əməkhaqlarının artırılması ilə bağlı sərəncam imzaladı. Prezidentin imzaladığı sərəncam bir çox sahələri, o cümlədən hərbi sahəni əhatə etdi. Sərəncamla Müdafiə Nazirliyinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılılıb.

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib ki, dünənki sərəncamlar Azərbaycan cəmiyyətində müsbtət əks-səda doğurdu.

“Bunların içərində hərbi qulluqçuların əməkhaqlarının 40 faiz artırılması da oldu. Bunun özü göstərir ki, cənab Prezident bütün sahələrdə olduğu kimi, ordu quruculuğuna çox diqqət edir. Hərbi qulluqçuların əməkhaqlarının əhəmiyyətli dərəcədə artırılması onları sosial vəziyyətinin yaxşılaşmasına xidmət edəcık. Bundan başqa, onlara mənzil verilməsi, ilin əvvəlində kirayə haqqının artırılması və bu qəbildən olan məsələləri də qeyd etmək lazımdır. Bu gün orduda qulluq etmək, hərbi qulluqçu olmaq şərəf məsələsi ilə yanaşı, yaxşı əməkhaqqı almaq imkanıdır. Qeyd edim ki, bu artım sonuncu olmayacaq, ölkə Prezidenti dəfələrlə bildirib ki, vaxtaşırı əməkhaqqı artırılacaq. Bunların içərisində hərbi qulluqçular öndədir”.

 

Hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, bu, çoxdan gözlənilən və dünyanın ən nüfuzlu 50 ordusu arasında olan Silahlı Qüvvələrin şəxsi heyətinin sosial vəziyyətinin bir qədər də yaxşılaşmasına yönəlmiş bir addımdır:


“Sözsüz ki, sərəncam zabitlərin və müddətdən artıq xidmət edən hərbi qulluqçuların rifah halını daha da yaxşılaşdıracaq, xidmətin daha da yüksəlməsinə səbəb olacaq. Müxtəlif yanaşmalar var, düşünürəm ki, bu artımların davamı gələcək. Yaxınlarda Silahlı Qüvvələr günü ilə əlaqədar Prezident yəqin ki, hərbçi qulluqçuların mənzil şəraiti ilə bağl da sərəncam verəcək. Tam şəkildə də olmasa,  müəyyən qədər insanların problemləri həllini tapacaq. 40 faiz artım kifayət qədər ciddi artımdı”.

 

Ekspert deyib ki, bundan sonra hərbçi olmaq istəyənlərin sayında artım olacaq:

“2019-cu ilin dövlət büdcəsindən müdafiə sahəsinə 3 milyard 370 min manat ayrılıb. Bu, 2018-ci ildəkindən 4,6 faiz çoxdur. Hərbi elə bir sahədir ki, həm şərəflidir, həm də ağır olmasına baxmayaraq imtiyazlar da çoxdur.Bizim hərbçilərimizin aldığı pensiya bir çox ölkələrdə həsəd aparılacaq qədərdir. 90-cı illərdə bizim arzuladıqlarımız, xəyal kimi gördüklərimiz indi reallaşır. Bu çox sevindirici haldır”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyə daha 2 şəhid verdi 20 İyul 2019, 00:31 Yasamalda mənzildə iki  meyit aşkarlandı 20 İyul 2019, 00:14 İki nazirlik şadlıq evindəki zəhərlənmə ilə bağlı məlumat yaydı 19 İyul 2019, 23:59 Tovuzda toya gələn gənc yol qəzasının qurbanı oldu 19 İyul 2019, 23:43 Nazir Çinin yeni səfirini qəbul etdi 19 İyul 2019, 23:25 Dənizdə boğulan gənc xəstəxanada ayıldı - VİDEO 19 İyul 2019, 23:05 İran Hörmuz boğazında Britaniya tankerini saxladı 19 İyul 2019, 22:47 “İşğal altında olan Dağlıq Qarabağ dünyanın heç bir suveren dövləti tərəfindən tanınmır” - XİN 19 İyul 2019, 22:33 Əsgərin yola salınma mərasimində kütləvi zəhərlənmə 19 İyul 2019, 22:16 FETÖ-ya bağlı baş nazir istefa verdi 19 İyul 2019, 22:03 Şirvanda toyda 14 nəfər tüstüdən zəhərləndi 19 İyul 2019, 21:46 Sel Türkiyədə 7 can aldı 19 İyul 2019, 21:28 Rövşən Lənkəranskinin qətli  “göyərti kralı” ilə bağlı olub - Şok ifadə 19 İyul 2019, 21:16 Amerikada mətbuat tarixi və ya Xəbərlər heç vaxt yatmır... 19 İyul 2019, 21:09 ABŞ Venesuelaya yeni sanksiya tətbiq edir 19 İyul 2019, 20:56 Avstriyada təyyarə qəzası: Ölənlər var 19 İyul 2019, 20:43 Bu məhkəmələr ləğv edildi - SİYAHI 19 İyul 2019, 20:17 Davudoğlundan sərt təpki: “Hər qapını bağlasalar da, susmayacağıq” 19 İyul 2019, 20:03 Ərdoğan İlham Əliyevə zəng etdi 19 İyul 2019, 20:00 Polis jurnalistlərlə birgə gücləndirilmiş əməliyyat tədbirlərinə başladı - FOTO 19 İyul 2019, 19:52 Bakıda daha bir beynəlxalq turnir keçiriləcək - “Baku Open” 19 İyul 2019, 19:43 Prezident 11 səfiri geri çağırdı 19 İyul 2019, 19:34 “Qarabağ” UEFA reytinqində irəlilədi   19 İyul 2019, 19:25 Neft Fondunun gəlir və xərcləri təsdiqləndi -SƏRƏNCAM 19 İyul 2019, 19:15 Dövlət Komitəsinin bir sıra səlahiyyətləri ləğv edildi - FƏRMAN 19 İyul 2019, 19:06 Əcnəbilərə Azərbaycanda təhsil almaq üçün yeni imkan - FƏRMAN 19 İyul 2019, 18:58 Azercell ödənişsiz göz müayinələri təşkil etdi   19 İyul 2019, 18:49 Prezident məhkəmə sədrini vəzifəsindən azad etdi - SƏRƏNCAM 19 İyul 2019, 18:42 Qəbul imtahanının yeganə rekordçusu Səbinə: “Müəllimlərim məni təmənnasız hazırlayıblar”   19 İyul 2019, 18:35 Azərbaycanda hakimlərlə bağlı yeni SƏRƏNCAM 19 İyul 2019, 18:27 Bu nazirliyiə övladlığagötürmə ilə bağlı yeni səlahiyyətlər VERİLDİ 19 İyul 2019, 18:19 Mətbuat Şurası Elçin Əlibəylinin saytına xəbərdarlıq etdi 19 İyul 2019, 18:10 Dövlət Komitəsi aparatının işçilərinin sayı artırıldı 19 İyul 2019, 18:02 SƏLİS-ə daxil olan proqramlardan istifadə qaydalarına dair təlimlər başladı 19 İyul 2019, 17:55 230-dan çox insan Azercell-in ödənişsiz göz müayinələrindən yararlanıb   19 İyul 2019, 17:47