Arxiv
27 İyun 2019, 14:37 | MƏDƏNİYYƏT
Laklı dırnaqla dəstəmaz almaq - İlahiyyatçının biri “HƏ”, o biri “YOX” deyir

Dəstəmaz İslam şəriətində ən mühüm əməllərdən biri hesab olunur. Dəstəmazdan qabaq fikir vermək lazımdır ki, yuyulan və məsh çəkilən bədən üzvlərinin üzərində onların su ilə islanmasına mane olan vasitə olmasın.

 

Şəriətdə bucür qeyd olunsa da ,ancaq ona düzgün şəkildə əməl etməyənlər də var. Dəstəmazı batil edən bir çox məqamlar  özünü göstərir. Onlardan biri də dırnaqda lak olan halda dəstəmaz alınıb namaz qılınmasıdır. 

 

Dırnaqda lak varsa, dəstəmaz almaq olarmı? Bununla qılınan namaz düzgün hesab edilirmi?

 

İçərişəhər Cümə məscidinin axundu Hacı Surxay Məmmədli  Modern.az saytına deyib ki, ümumiyyətlə dəstəmaz namaz üçün bir başlanğıcdır.

 

“Allahın yanında qəbul olunması üçün bir şərtdir. Dəstəmaz olmasa, namaz batildir. Bu baxımdan da namazdan öncə alınan dəstəmaz  şəriət qaydalarına əməl olunmaqla alınmalıdır.

 

Əgər bir insanın bədənində iynə ucu qədər dəstəmaz üzvlərinin birində rəng və yaxud birşey qatılmış maddə varsa , eyni zamanda lak kimi vasitələr dırnaqlara vurularsa bununla alınmış dəstəmaz və qılınan namaz bir mənalı şəkildə batildir.

Dəstəmazdan qabaq  əl və ayaq dırnaqlarına  çəkilən boya mütləq silinməlidir. Çünki boya dırnağın su ilə təmasına mane olur.

 

Heç bir dini göstərişdə də,hətta müctehidlərin fitvalarında da göstərilməyib ki, dırnaqda lak olan halda dəstəmaz alınsın və namaz qılınsın. Bu dəstəmaz düzgün hesab edilmir.

Fərqi yoxdur qadın və kişi aldığı dəstəmazın Allah qarşısında qəbul olunmasını istəyirsə o zaman şəriət qaydalarına ciddi şəkildə əməl etməlidir”.

 

İlahiyyatçı Elşad Miri isə qeyd edib ki, dırnaqda lak varsa,  dəstəmaz almaq olar, burda heçbir problem yoxdur.

 

“Peyğəmbərin dövründə lak var idimi?! Əlbəttə ki yox , lak çox sonralar yaranmış qadınların dırnaq gözəlliyini əks etdirən bir vasitədir,boyadır.

 

Ancaq o dövrdə  xına var idi, və insanlar xına qoyub dəstəmaz alırdılar. Əgər lak dəstəmaza mane olursa ,yəni su birbaşa dırnaqla təmas etmirsə , deməli xına da o funksiyanı yerinə yetirir. Niyə kişillərə hərşey olar ,amma qadınlara yox?.

 

Bir qadın var deyir ki, mən lak çəkib silməyin ucbatından dəstəmazdan ,ondan sonra da namazdan imtina etdim. Bu cür fikirlər söyləməklə insanları dindən uzaqlaşdırmaq olmaz”.

 

Jalə Mehdiyeva

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyə daha 2 şəhid verdi 20 İyul 2019, 00:31 Yasamalda mənzildə iki  meyit aşkarlandı 20 İyul 2019, 00:14 İki nazirlik şadlıq evindəki zəhərlənmə ilə bağlı məlumat yaydı 19 İyul 2019, 23:59 Tovuzda toya gələn gənc yol qəzasının qurbanı oldu 19 İyul 2019, 23:43 Nazir Çinin yeni səfirini qəbul etdi 19 İyul 2019, 23:25 Dənizdə boğulan gənc xəstəxanada ayıldı - VİDEO 19 İyul 2019, 23:05 İran Hörmuz boğazında Britaniya tankerini saxladı 19 İyul 2019, 22:47 “İşğal altında olan Dağlıq Qarabağ dünyanın heç bir suveren dövləti tərəfindən tanınmır” - XİN 19 İyul 2019, 22:33 Əsgərin yola salınma mərasimində kütləvi zəhərlənmə 19 İyul 2019, 22:16 FETÖ-ya bağlı baş nazir istefa verdi 19 İyul 2019, 22:03 Şirvanda toyda 14 nəfər tüstüdən zəhərləndi 19 İyul 2019, 21:46 Sel Türkiyədə 7 can aldı 19 İyul 2019, 21:28 Rövşən Lənkəranskinin qətli  “göyərti kralı” ilə bağlı olub - Şok ifadə 19 İyul 2019, 21:16 Amerikada mətbuat tarixi və ya Xəbərlər heç vaxt yatmır... 19 İyul 2019, 21:09 ABŞ Venesuelaya yeni sanksiya tətbiq edir 19 İyul 2019, 20:56 Avstriyada təyyarə qəzası: Ölənlər var 19 İyul 2019, 20:43 Bu məhkəmələr ləğv edildi - SİYAHI 19 İyul 2019, 20:17 Davudoğlundan sərt təpki: “Hər qapını bağlasalar da, susmayacağıq” 19 İyul 2019, 20:03 Ərdoğan İlham Əliyevə zəng etdi 19 İyul 2019, 20:00 Polis jurnalistlərlə birgə gücləndirilmiş əməliyyat tədbirlərinə başladı - FOTO 19 İyul 2019, 19:52 Bakıda daha bir beynəlxalq turnir keçiriləcək - “Baku Open” 19 İyul 2019, 19:43 Prezident 11 səfiri geri çağırdı 19 İyul 2019, 19:34 “Qarabağ” UEFA reytinqində irəlilədi   19 İyul 2019, 19:25 Neft Fondunun gəlir və xərcləri təsdiqləndi -SƏRƏNCAM 19 İyul 2019, 19:15 Dövlət Komitəsinin bir sıra səlahiyyətləri ləğv edildi - FƏRMAN 19 İyul 2019, 19:06 Əcnəbilərə Azərbaycanda təhsil almaq üçün yeni imkan - FƏRMAN 19 İyul 2019, 18:58 Azercell ödənişsiz göz müayinələri təşkil etdi   19 İyul 2019, 18:49 Prezident məhkəmə sədrini vəzifəsindən azad etdi - SƏRƏNCAM 19 İyul 2019, 18:42 Qəbul imtahanının yeganə rekordçusu Səbinə: “Müəllimlərim məni təmənnasız hazırlayıblar”   19 İyul 2019, 18:35 Azərbaycanda hakimlərlə bağlı yeni SƏRƏNCAM 19 İyul 2019, 18:27 Bu nazirliyiə övladlığagötürmə ilə bağlı yeni səlahiyyətlər VERİLDİ 19 İyul 2019, 18:19 Mətbuat Şurası Elçin Əlibəylinin saytına xəbərdarlıq etdi 19 İyul 2019, 18:10 Dövlət Komitəsi aparatının işçilərinin sayı artırıldı 19 İyul 2019, 18:02 SƏLİS-ə daxil olan proqramlardan istifadə qaydalarına dair təlimlər başladı 19 İyul 2019, 17:55 230-dan çox insan Azercell-in ödənişsiz göz müayinələrindən yararlanıb   19 İyul 2019, 17:47