Modern.az

Hesablama Palatası “Azərpoçt”da audit aparır? - AÇIQLAMA

Hesablama Palatası “Azərpoçt”da audit aparır? - AÇIQLAMA

9 İyul 2019, 10:31

Ölkənin bir sıra xəbər portallarında Hesablama Palatasının “Azərpoçt” MMC-də nəzarət tədbiri aparması ilə bağlı məlumat yayılıb.

Hesabama Palatasının mətbuat katibi Nailə Məhərrəmova Modern.az-a bildirib ki, yayılan informasiya həqiqəti əks etdirmir:

“Hesablama Palatası mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq fəaliyyətini özünün təsdiq edilmiş İş planına müvafiq şəkildə təşkil edir. Hazırda “Azərpoçt” MMC-də audit aparmır”.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi