Modern.az

Separatçılar Qarabağa gələn turistlərin sayını AÇIQLADI

Separatçılar Qarabağa gələn turistlərin sayını AÇIQLADI

12 İyul 2019, 17:09

Qarabağa 2019-cu ilin ilk 6 ayında 12,6 min əcnəbi turist ziyarətə gəlib.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə separatçı “Qarabağın idman və turizm işləri üzrə naziri” Artak Qriqoryan bildirib.

Separatçı qurum nümayəndəsi 2019-cu ilin ilk 6 ayında Qarabağa gələn turistlərin sayının ötən illə müqayisədə 68,5% artdığını qeyd edib.

 

Ötən illə müqayisədə 17 yeni mehmanxana kompleksi açılıb. Ümumilikdə, işğal altındakı ərazilərdə mehmanxana sayı 700-ü keçib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi