Arxiv
14 İyul 2019, 13:51 | FOTOSÖHBƏT
Heydər Əliyev nadir FOTOLARDA

Bu gün görkəmli siyasi xadim Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 50 ili tamam olur.

1969-cu il iyulun 14-də keçirilən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib.

Bununla da ümumilli liderin Azərbaycana rəhbərliyi dövrü başlayıb. Heydər Əliyev 1982-ci ilin dekabrınadək Azərbaycan SSR-yə rəhbərlik edib.

Heydər Əliyevin ikinci dəfə Azərbaycana rəhbərlik etməsi müstəqillik dövrünə təsadüf edib. O, 1993-cü ilin iyunun 15-də Ali Sovetin sədri seçilib.

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olub.

1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) memarlıq fakültəsinə daxil olub.

Heydər Əliyev 1941-1944-cü illərdə əvvəlcə Naxçıvan Muxtar Respublikası Xalq Daxili İşlər Komissarlığında arxiv şöbəsinin məxfi hissəsinin müdiri, sonra isə Naxçıvan MSSR Xalq Komissarları Sovetində ümumi şöbənin müdiri vəzifələrində işləyib.

1944-cü ilin may ayında dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib.

1949-1950-ci illərdə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Leninqraddakı (indiki Sankt-Peterburq) Rəhbər Kadrların Hazırlığı Məktəbində təhsil aldıqdan sonra, 1950-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsində bölmə rəisi təyin edilib.

1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsinin qiyabi şöbəsini bitirib.

1958-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin əks-kəşfiyyat şöbəsinin rəisi, 1964-cü ildə Azərbaycan SSR DTK-nın sədr müavini təyin edilib.

1966-cı ildə Moskvada DTK-nın F.E.Dzerjinski adına Ali Məktəbinin rəhbər heyətin təkmilləşdirilməsi kurslarını müvəffəqiyyətlə bitirib.

1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə təyin edilib və həmin ildə də ona general-mayor rütbəsi verilib.

Heydər Əliyev 22 il Azərbaycan SSR Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı olub.

1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvlüyünə namizəd, 1982-ci ilin dekabrında isə Siyasi Büronun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib. Bu vəzifədə işləyərkən Heydər Əliyev SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik edib.

Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa verib.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar, yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.

1990-cı il iyulun 20-də Bakıya qayıdan Heydər Əliyev iki gün sonra Naxçıvana yola düşüb.

1991-ci il sentyabrın 3-də Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri seçilib və müvafiq qanunvericiliyə əsasən həm də Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. Bu vəzifədə o, 1993-cü ilə kimi çalışıb.

Heydər Əliyev 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis konfransında partiyanın sədri seçilib.

1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığına görə, Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürüb və ölkənin o dövrkü rəhbərliyi onu Bakıya dəvət etməyə məcbur olub.

Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib, iyunun 24-dən isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb.

1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib.

O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.

2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar namizədliyini İlham Əliyevin xeyrinə geri götürüb.

2003-cü il dekabrın 12-də Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat edib və dekabrın 15-də Bakıda, Fəxri xiyabanda dəfn olunub.

Heydər Əliyev beş dəfə keçmiş SSRİ-nin Lenin ordeni ilə, Qırmızı Ulduz ordeni və çoxsaylı medallarla təltif edilib, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına, həmçinin müxtəlif ölkələrin ali mükafatlarına, nüfuzlu ali məktəblərin fəxri adlarına layiq görülüb.

 

Modern.az-ın Heydər Əliyevin nadir fotolarını təqdim edir:

 

İzzət Xanım və Heydər Əliyev

 

Böyük Əliyevlər ailəsi. Soldan ikinci Heydər Əliyev

1938-ci il Heydər Əliyev Naxçıvan Pedaqoji məktəbini əla qiymətlərlə bitirir

Tələbələr Səməd Vurğununun "Vaqif" pyesini səhnələşdirib. Solda Heydər Əliyev

Heydər Əliyev və dostları

Gənc Heydər

Rəfiqə, Aqil və Heydər Əliyevlər anaları İzzət xanımla, 1952-ci il

Gənc Əliyev dostları ilə

Kapitan Əliyev

 Dövlət Təhlükəsizlik Komitəsinin Ali məktəbinin tələbəsi Heydər Əliyev, Leninqrad 1949-cu il

Zərifə Əliyeva və Heydər Əliyev

Heydər Əliyev qızı Sevil Əliyeva ilə

Əliyev ailəsi. Zərifə Aliyeva, Sevil Əliyeva, İlham Əliyev və Heydər Əliyev

Polkovnik Heydər Əliyev

O, şəkil çəkməyi xoşlayırdı

Azərbaycan Kommunist Partiyasının birinci katibi Heydər Əlirza oğlu Əliyev.

Respublikanın tikinti layihələrindən birində. 17 aprel 1976

O, kabinetdə çox olmurdu...

Sovet və Amerika kosmonavtları ilə görüş. 8 oktyabr 1973

Heydər Əliyev həyat yoldaşı, oğlu,qızı, gəlini və nəvələri ilə

Çox sevdiyi həyat yoldaşı Zərifə Əliyeva ilə vida mərasimi, 17 aprel 1985

Sovet İttifaqı Komissiyasının Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Sovetinin sədr müavini Heydər Əliyev Kremldə kabinetində

Sibirdə yol açılışında, 1984-cü il

 

Heydər Əliyev Meksikadakı Sovet nümayəndə heyətinin başında. 1982 ci il

Heydər Əliyev - iki dəfə Sosialist Əmək Qəhrəmanı.

Heydər Əliyev  müstəqil Azərbaycan Respublikasının Prezidenti kimi and içir

Naxçıvanda...

Qaçqınlar üçün salınan çadır şəhərciyində, şəhid olmuş əsgərin məzalarının üstündə

Doğulduğu evin qarşısında

Xalq Heydər Əliyevi qarşılayır, Naxçıvan 1990

Prezidentlərini qorumaq üçün yüz minlərlə Azərbaycan vətəndaşı gəldi. Bakı, 1994

Heydər Əliyev Azərbaycanın neft strategiyasını inkişaf etdirdi ...

Hüseyn Cavidin xatirəsinə həsr olunmuş abidənin açılışında, 1994-cü il

 

Müslüm Maqomayev və Tamara Sinyavskaya ilə

Roma Papası ilə görüş

Heydər Əliyev və ABŞ Prezidenti Corc Buş

 

Rusiya Prezidenti Vladimir Putinlə Heydər Əliyev müzakirə edir.

O, uşaqları çox sevirdi

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
BDU-da yeni tələbələrdən sənəd qəbulu davam edir 19 Avqust 2019, 16:18 Əsəd qüvvələri Türkiyənin hərbi karvanına hücum etdi: 3 ölü 19 Avqust 2019, 16:12 “Torqovı”dakı biabırçılığı necə aradan qaldırmalı… - Deputat: “İnanmaram ki, bizim qızlar bir yöndəmsiz ərəblə...” 19 Avqust 2019, 15:47 Sabunçuda Rəsulzadənin adı küçədən götürülüb? - İcra nümayəndəsindən AÇIQLAMA 19 Avqust 2019, 15:17 Azərbaycanda vahid məktəbli forması tətbiq ediləcək - Tarix AÇIQLANDI 19 Avqust 2019, 15:10 Bu rayonlara qaz verilişində problem yaranacaq 19 Avqust 2019, 15:06 İcra başçısı vətəndaşların müraciətlərinə reaksiya verdi 19 Avqust 2019, 14:52 İrəvan xanları nəslinin nümayəndəsi Azərbaycana gəldi 19 Avqust 2019, 14:47 Balaxanı Mədəniyyət evi konsert təşkil etdi - FOTOLAR 19 Avqust 2019, 14:43 Sabiq deputata ağır itki üz verdi 19 Avqust 2019, 14:36 “Mehriban Əliyevanın bu addımı bütün məmurlara örnəkdir!” - Şəhid xanımı 19 Avqust 2019, 14:27 Hamını yoxlayan Hesablama Palatasının özünü kim yoxlamalıdır?... 19 Avqust 2019, 14:12 Mədə-bağırsağındakı ağrılardan əsəbləşib polisə yalan xəbər verdi 19 Avqust 2019, 14:03 Ermənilərin Naxçıvan və Qazaxda uğursuz revanş CƏHDİ 19 Avqust 2019, 13:42 Türkiyədə təhsil alacaq jurnalist qızı: “Çalışacam ki, valideynlərimin ümidini doğruldam” - MÜSAHİBƏ 19 Avqust 2019, 13:10 Sabah Bakıda temperatur daha da YÜKSƏLƏCƏK 19 Avqust 2019, 13:08 Keçmiş müsavatçı Arif Hacılını HƏDƏF ALDI: “Partiyanı uçuruma apardı” 19 Avqust 2019, 12:55 DİQQƏT! Sabah Bakının bu küçələrində yol bağlanacaq 19 Avqust 2019, 12:41 “Vikipediya”da Tofiq Hüseynzadə haqqında üç dildə məqalə yaradılıb 19 Avqust 2019, 12:40 Deputatdan oğlunun tutulması xəbərinə REAKSİYA 19 Avqust 2019, 12:36 İnam Kərimov Beyləqanda vətəndaşları qəbul edəcək 19 Avqust 2019, 12:33 Qəzaya uğrayan təyyarəmizin “qara qutusu” tapıldı - FOTO 19 Avqust 2019, 12:12 Nazir və nazir müavinləri Cənub bölgəsinə gedirlər 19 Avqust 2019, 12:08 AQTA maarifləndirir: Çörək alarkən və saxlayarkən nəyə diqqət yetirməli? 19 Avqust 2019, 12:06 Direktor müavini işləmək istəyənlər üçün vakansiya seçimi başladı 19 Avqust 2019, 12:03 Azərbaycanda 250 ailə üçün meyvə bağları salınır 19 Avqust 2019, 11:46 Vəzifəli şəxs 3000 manat cərimələndi 19 Avqust 2019, 11:44 Bakıda bu iki sinfin bütün məzunları ali məktəbə qəbul olunub - FOTOLAR 19 Avqust 2019, 11:35 Təhsil şöbəsinin müdiri işdən çıxarılıb 19 Avqust 2019, 11:16 “Relax”da nə baş verib? - İcra başçısının müavini və istirahət mərkəzinin rəhbərliyi davadan DANIŞDI 19 Avqust 2019, 11:09 Tramp: “İranlılar çox məğrur millətdir amma ...“ 19 Avqust 2019, 11:00 “Sosial şəbəkə müxalifəti” seçki yerinə yalan, böhtan düşüncəsini seçirsə... 19 Avqust 2019, 10:45 Deputatın oğlu və 5 qohumu saxlanıldı  19 Avqust 2019, 10:41 “Qaçqınkom”un Nərimanov və Sabunçu üzrə sektor müdirləri cəzalandırıldı 19 Avqust 2019, 10:34 Ermənistan atəşkəsi 23 dəfə pozub 19 Avqust 2019, 10:25