Modern.az

Rusiya Ermənistana qazı kəsir

Rusiya Ermənistana qazı kəsir

Dünya

14 Sentyabr 2026, 11:04

Rusiyadan Ermənistana təbii qaz tədarükü müvəqqəti olaraq dayandırılacaq.

Modern.az xəbər verir ki, “Qazprom Ermənistan” şirkətinin məlumatına görə, buna səbəb Rusiya ərazisində magistral qaz kəmərində planlı-profilaktik və təmir işlərinin aparılmasıdır.

Bildirilib ki, işlər “Şimali Qafqaz–Zaqafqaz” magistral qaz kəmərində həyata keçiriləcək. Bu səbəbdən Rusiyadan Ermənistana qaz tədarükü 15-25 sentyabr tarixlərində dayandırılacaq.

Şirkətdən verilən açıqlamada qeyd olunub ki, bu müddət ərzində Ermənistan ərazisində istehlakçıların qazla fasiləsiz və etibarlı təminatında heç bir məhdudiyyət olmayacaq.

Bildirilir ki, əhalinin və digər istehlakçıların qaz təminatı daxili ehtiyatlar və İrandan əlavə təbii qaz həcmlərinin tədarükü hesabına həyata keçiriləcək.

Sizə yeni x var
Keçid et
Türkiyədə Bakıya qarşı təxribat - Nə baş verir?