Modern.az

Türkiyədə sorğu: hansı ölkələr dost, hansılar düşməndir? - SİYAHI

Türkiyədə sorğu: hansı ölkələr dost, hansılar düşməndir? - SİYAHI

Dünya

Bu gün, 10:46

Türkiyədə keçirilən sorğuda Azərbaycan ən dost ölkə, İsrail isə ən çox düşmən kimi qəbul edilən dövlət seçilib.

Modern.az xəbər verir ki, “Asal Araştırma” araşdırma şirkətinin keçirdiyi “Kim Türkiyənin dostudur, kim düşmənidir?” adlı sorğuda 26 şəhərdə 2015 nəfər iştirak edib.

Respondentlərdən müxtəlif ölkələrin Türkiyə ilə münasibətlərini necə qiymətləndirdikləri soruşulub.

Nəticələrə görə, iştirakçıların 83 faizi İsraili Türkiyənin düşməni hesab edir. ABŞ-ı düşmən kimi qiymətləndirənlərin payı isə 74,6 faiz olub. İranla bağlı analoji göstərici 51,7 faiz təşkil edib.

Dost ölkələrin reytinqində isə Azərbaycan birinci yeri tutub. Respondentlərin 66 faizi Azərbaycanı Türkiyənin dostu hesab edib.

Azərbaycanın ardınca Yaponiya 58,4 faizlə ikinci, Çin isə 49,5 faizlə üçüncü yerdə qərarlaşıb.

Sorğunun digər nəticələri belədir:

İsrail: dost – 7,2%, düşmən – 83%, fikir bildirməyən – 9,8%;

ABŞ: dost – 18%, düşmən – 74,6%, fikir bildirməyən – 7,4%;

Yunanıstan: dost – 25,9%, düşmən – 61,5%, fikir bildirməyən – 12,6%;

İran: dost – 26,3%, düşmən – 51,7%, fikir bildirməyən – 22%;

Rusiya: dost – 38,5%, düşmən – 46%, fikir bildirməyən – 15,5%;

Fransa: dost – 39,6%, düşmən – 48,4%, fikir bildirməyən – 12%;

Almaniya: dost – 46%, düşmən – 42,3%, fikir bildirməyən – 11,7%;

İtaliya: dost – 47,2%, düşmən – 40,5%, fikir bildirməyən – 12,3%;

Çin: dost – 49,5%, düşmən – 38%, fikir bildirməyən – 12,5%;

Yaponiya: dost – 58,4%, düşmən – 26,6%, fikir bildirməyən – 15%;

Azərbaycan: dost – 66%, düşmən – 20,5%, fikir bildirməyən – 13,5%.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi