Modern.az

Məcnun Məmmədov Fuad Əliyevə vəzifə verdi

Məcnun Məmmədov Fuad Əliyevə vəzifə verdi

Ölkə

14 Sentyabr 2026, 09:53

Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Aqrar Tədarük və Təchizat" ASC-də yeni təyinat olub.

Modern.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı kənd təsərrüfatı naziri Məcnun Məmmədov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Fuad Əliyev "Aqrar Tədarük və Təchizat" ASC-nin İnzibati idarəetmə departamentinin direktoru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, F.Əliyev yeni təyinata qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Bakı Taksi Xidməti" MMC-nin baş direktoru vəzifəsində çalışıb.

Yeni təyinat çərçivəsində Fuad Əliyevin inzibati idarəetmə və təşkilati proseslərin təkmilləşdirilməsi, idarəetmənin səmərəliliyinin artırılması və qurumun qarşıya qoyduğu strateji hədəflərin həyata keçirilməsinə töhfə verməsi nəzərdə tutulur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İlham Əliyev Türkiyədəki planı pozdu - Şok detallar bəlli oldu