Modern.az

Dövlət proqramının məzunları Azərbaycanda işləməlidir - RƏY

Dövlət proqramının məzunları Azərbaycanda işləməlidir - RƏY

Təhsil

Bu gün, 11:08

Dövlət proqramı çərçivəsində xaricdə təhsil alan azərbaycanlı tələbələrin ölkə iqtisadiyyatına və təhsil sisteminə verdiyi töhfələr cəmiyyətdə maraq doğuran əsas məsələlərdən biridir.

Təhsil eksperti Elçin Əfəndi Modern.az-a açıqlamasında qrant ayrılan tələbələrin ölkə üçün hansı rolu oynadıqlarını və onların üzərinə düşən öhdəlikləri diqqətə çatdırıb.

Ekspert bildirib ki, 2022–2028-ci illəri əhatə edən Dövlət Proqramına qoşulan gənclərin qarşısında mühüm şərt qoyulub:

"Əvvəlki dövrlə müqayisədə bu proqrama qoşulan bütün vətəndaşlarımızın qarşısında öhdəlik var ki, xaricdə təhsil aldıqdan sonra mütləq ölkəyə qayıdıb işləməlidirlər. Dövlət büdcəsi vətəndaşların ödəədiyi vergilər hesabına formallaşır və bu vəsaitlə xaricdə oxuyan şəxs ölkəyə qayıdaraq xalq üçün faydalı iş görməlidir."

Elçin Əfəndinin sözlərinə görə, xaricdən qayıdan mütəxəssislər hazırda müxtəlif sahələrdə, xüsusilə ali təhsil müəssisələrində fəaliyyət göstərirlər. Onlar kadr hazırlığına, tələbələrin akademik göstəricilərinin yüksəlməsinə birbaşa töhfə verirlər.

E. Əfəndi həmçinin vurğulayıb ki, bu kadrlar ölkədə ümumi faydalı iş əmsalının artmasında və Ümumi Daxili Məhsulun (ÜDM) inkişafına təkan verilməsində böyük pay sahibidirlər. Bu baxımdan xaricdə təhsil üçün ayrılan dövlət qrantları strateji əhəmiyyət kəsb edir.

Qeyd edək ki, ayrı-ayrı universitetlərin təqaüd proqramları ilə yanaşı, əcnəbi tələbələr üçün dövlət səviyyəsində “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” da mövcuddur. Proqram çərçivəsində 2024–2025-ci tədris ilindən başlayaraq hər il 100 əcnəbi tələbənin təhsil və yaşayış xərcləri dövlət tərəfindən qarşılanır.

Aydan Qasımova

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi