Modern.az

Serj Sarkisyan Baden-Badendən Yunanıstana getdi

Serj Sarkisyan Baden-Badendən Yunanıstana getdi

16 İyul 2019, 18:32

Ermənistanın sabiq prezidenti Serj Sarkisyan yay tətilini Almaniyada keçirib.

Erməni mətbuatı xəbər verir ki, Sarkisyan 7 gün Almaniyanın Baden-Baden şəhərində dincəlib. Keçmiş prezident tətilinin bir hissəsini nəvələri ilə keçirmək üçün Almaniyadan Yunanıstana gedib.

 

Xatırladaq ki, 2018-ci ildə onun prezidentlik müddəti başa çatdıqdan sonra Armen Sarkisyan tərəfindən əvəz olunub. 17 aprel 2018-ci ildə Serj Sarkisyan Ermənistanın baş naziri seçilib. Lakin müxalifətin bütün ölkə boyu ona qarşı başlatdığı geniş etirazlardan sonra 23 apreldə istefaya getməyə məcbur olub.

 

Sizə yeni x var
Keçid et
Hafiz Hacıyev CANLIDA skandal adlar çəkir - Bu şəxslər həbs olunacaq