Modern.az

Bakıda dünya çempionatına start verilir: 5 güləşçimiz mübarizəyə başlayır

Bakıda dünya çempionatına start verilir: 5 güləşçimiz mübarizəyə başlayır

İdman

27 İyul 2026, 09:28

Bu gün Bakıda güləş üzrə U-17 dünya çempionatına start veriləcək.

Modern.az xəbər verir ki, ilk gündə xalça üzərinə yunan-Roma güləşçiləri çıxacaqlar.

Mübarizəyə təsnifat mərhələsindən Qurban Məcnunov (55 kiloqram), Orxan Həbibli (65 kiloqram), İsfahan Həsənov (80 kiloqram) və Emin Baxşəliyev (110 kiloqram) başlayacaq.

48 kiloqram çəki dərəcəsində çıxış edən Ömər Salmanov isə mübarizəyə 1/8 final mərhələsindən qoşulacaq.

Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil edilən yarışa avqustun 2-də yekun vurulacaq.

Sizə yeni x var
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi