Modern.az

Qızılın qiyməti yenidən artdı - 4150 dolları keçdi

Qızılın qiyməti yenidən artdı - 4150 dolları keçdi

İqtisadiyyat

27 İyul 2026, 09:24

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın qiymətində artım qeydə alınıb.

Modern.az birja məlumatlarına istinadən xəbər verir ki, qızılın bir troya unsiyasının qiyməti əvvəlki ticarət sessiyası ilə müqayisədə 0,5% artaraq 4150,5 ABŞ dollarına yüksəlib.

Qiymətli metallar bazarında gümüş də bahalaşıb. Belə ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti 1,17% artaraq 59,6 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, son dövrlərdə qlobal bazarlarda geosiyasi risklər, inflyasiya gözləntiləri və investorların təhlükəsiz aktivlərə marağının artması qiymətli metalların qiymətlərinə təsir göstərən əsas amillərdən hesab olunur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi