Modern.az

“Həkimlər elə diaqnoz qoydular ki...” - Flora Kərimova

“Həkimlər elə diaqnoz qoydular ki...” - Flora Kərimova

Aktual

16 İyul 2019, 23:25

"5 il öncə həkimlər diaqnoz qoydular ki, qalxanabənzər vəzidən ("zob"dan) təcili əməliyyat olunmalısınız. Həyatım üçün çox riskli idi, həm də səs tellərimə toxunub zərər verə bilərdilər. Çətinliklə də olsa, əməliyyat uğurla keçdi, lakin həkimlər oxumağıma uzun müddət qadağa qoydular".

Modern.az  xəbər verir ki, bu sözləri xalq artisti Flora Kərimova "İnstaqram" səhifəsində yazıb.

"Buna baxmayaraq, evdə Yaqutumdan gizlin, oğrun-oğrun oxuyurdum. Müğənni üçün çox çətindir, yaşayasan, görəsən, ifalar eşidəsən, ancaq özün oxuya bilməyəsən. Artıq 5 il keçib və illərdir məni gözləyən yeni mahnıları, duetləri 78 yaşımda sizlərə sevgimlə, sayğımla ərməğan edirəm. Deyim ki, qadağalarla keçən sənət ömrümün bu il 65 yaşı tamam olur, ancaq mən hələ yenicə öyrəndim ki, Azərbaycanda mahnıları ən çox olan ifaçı elə özüm imişəm",- deyə Flora Kərimova qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi