Arxiv
29 İyul 2019, 10:25 | TƏHSİL
6 mindən çox abituriyent üçün bədbin PROQNOZ

“III ixtisas qrupunda 200 baldan çox bal toplayıb imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan və bütün müsabiqə şərtini ödəyən 15074 abituriyent var. Amma imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olan amma 150 ballıq ixtisas seçiminə icazə verilən 2391 abituriyent var. Ümumilikdə 150  baldan yuxarı III ixtisas qrupunda 17465 abituriyent ixtisas seçiminə buraxılıb.

 

Amma III ixtisas qrupu üzrə bu il qəbul plan yeri cəmi 11271 (2018-ci ildə 10601-idi) yerdir. Bu o deməkdir ki, III ixtisas qrupu üzrə istənilən halda ümumi 6194 müsabiqə şərtini ödəmiş (200  baldan çox bal toplayan abituriyent 3.803 abituriyent) ali məktəbə qəbul ola bilməyəcək, yəni el dilində desək, kəsiləcək. Bura düzgün ixtisas seçimi edə bilməyənləri də əlavə etsək, bu rəqəm arta bilər”.

 

Modern.az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov bildirib.

 

Ekspert 350-dən az bal toplayan abituriyentlərin  daha diqqətli olmasını xüsusi qeyd edib:

 

“Onlar öz ballarından yuxarı yerləri yazmasınlar. Çünki plan yerinin 11.271 olduğunu nəzərə alsaq və bu sayda abituriyentin 280-290 ballıq arada tamamlandığını düşünsək, onların vəziyyətinin çətin olduğunu görərik. 
Amma III qrupda 500 və daha çox bal toplayanların imkanları keçən illə müqayisədə yaxşıdır.

Bu il ödənişsiz plan yerlərinin III ixtisas qrupunda 1607 yer artaraq 3782 yer olması (2108-ci ildə ödənişsiz plan yeri 2175 idi) onların ödənişsiz ixtisaslara qəbul olma imkanını artırıb. 


III ixtisas qrupunda 2018-ci ildə yüksək ballı (580-630 bal arası) ixtisaslarda 30-50 bal enmə olacaq, amma aşağı ballı, ödənişsiz ixtisaslarda azı 30-50 bal artım ola bilər”. 


Kamran Əsədov bildirib ki, digər ixtisas qruplarında, xüsusilə II ixtisas qrupunda isə istər ödənişli, istərsə də ödənişsiz ixtisaslarda çox ciddi, hətta 60-70 bal enmə olacaq:

 

“Çünki II ixtisas qrupunda 200 baldan çox bal toplayıb imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan və bütün müsabiqə şərtini ödəyən 8170 abituriyent var.


Amma imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olan amma 150  ballıq ixtisas seçiminə icazə verilən 1996 abituriyent var. Ümumilikdə 150  baldan yuxarı II ixtisas qrupunda 10166 abituriyent ixtisas seçiminə buraxılıb. Amma II ixtisas qrupu üzrə bu il qəbul plan yeri cəmi 14181 (2018-ci ildə 13395-idi) yerdir. Bu o deməkdir ki, II ixtisas qrupu üzrə istənilən halda müsabiqə şərtini ödəmiş bütün abituriyentlər tələbə adını qazanacaq və hətta 4015 plan yeri də boş qalacaq ki, bu da subbakalavrların şansını bu ixtisas qrupunda artırır”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Koronavirusun peyvəndi nə zaman hazır olacaq? 30 May 2020, 19:30 Bu saytda işləyən jurnalistləri robotlarla əvəzləyəcək 30 May 2020, 19:20 "Facebook"da daha bir yenilik 30 May 2020, 19:13 Avropa İttifaqı ÜST-lə bağlı ABŞ-a çağırış etdi 30 May 2020, 19:00 Filippində 6 baladək zəlzələ oldu 30 May 2020, 18:50 Yaşayış binasında təhlükənin qarşısı alındı 30 May 2020, 18:42 Şirvanda ağır qəza - Ölən var   30 May 2020, 18:30 Baş Prokurorluq polis və qadının bıçaqlanması ilə bağlı MƏLUMAT YAYDI 30 May 2020, 18:20 Daşkəsənə güclü dolu yağıb - VİDEO 30 May 2020, 18:10 Goranboyda beş nəfər koronavirusa yoluxdu - VİDEO 30 May 2020, 18:01 Azərbaycanda koronavirusdan sağalan xəstələrin sayı AÇIQLANDI 30 May 2020, 17:55 “Hücum!” əmrinizə müntəzirik, cənab Ali Baş Komandan! - Tarixçi alim İrəvandan YAZDI - II  HİSSƏ 30 May 2020, 17:47 Azərbaycanda daha 257 nəfərdə koronavirus aşkarlandı - 3 nəfər öldü 30 May 2020, 17:40 Jurnalist koronavirusdan vəfat edən anasının dəfninə qatıla bilmədi 30 May 2020, 17:34 Mirzə Ələkbər Sabirə doğum günü hədiyyəsi: Şamaxıdakı evi təmir edildi - VİDEO   30 May 2020, 17:25 Nazirliyin səyyar mikroavtobusları Masallıda 30 May 2020, 17:17 Paşinyana qarşı yeni müxalif partiya yaradıldı 30 May 2020, 17:10 İranda daha 2 282 nəfər koronavirusa yoluxdu 30 May 2020, 17:02 Min bir dərdin dərmanı - ÜZƏRLİKLƏ BAĞLI BİLMƏDİKLƏRİMİZ 30 May 2020, 16:55 Alimlər koronavirusu tamamilə məhv etmək üçün çarə tapdılar 30 May 2020, 16:47 Xəzərdə dalğanın hündürlüyü 4,5 metrə çatıb - Faktiki hava 30 May 2020, 16:40 Daha bir marşrut xətti “BakuBus”a verildi - FOTO 30 May 2020, 16:33 Oğurluq üstündə tutuldular, başqa cinayətləri də üzə çıxdı 30 May 2020, 16:25 “Fəvvarələr meydanı”nda fleşmob keçirənlər saxlanıldı - FOTO 30 May 2020, 16:17 Tural Gəncəliyevdən kanadalı həmkarına ETİRAZ 30 May 2020, 16:10 Gəncədə aparılan təmir-tikinti və abadlıq-quruculuq işləri davam etdirlir   30 May 2020, 16:02 Daha iki marşrut avtobusun hərəkət istiqaməti dəyişdirilir 30 May 2020, 15:55 Pakistanda Covid-19-a yoluxanların sayı durmadan artır- SON STATİSTİKA 30 May 2020, 15:48 Deputat icra başçısından müğənninin xahişini etdi - FOTO 30 May 2020, 15:40 Dövlət komitəsindən Bakıda atası tərəfindən zorakılığa məruz qalan uşaqla bağlı AÇIQLAMA 30 May 2020, 15:34 Borca görə 9 nəfər saxlanıldı 30 May 2020, 15:27 Azay Quliyev: “Şuşadakı təxribat müharibə çağırışlarının kəskin artmasına səbəb oldu” 30 May 2020, 15:20 Həmsədr ölkələr əldə olunacaq sülh sazişinə cavabdeh olacaqlar - Tural Gəncəliyev 30 May 2020, 15:14 Bağlanan bankların əmanətləri bu bank vasitəsilə ödəniləcək - RƏSMİ 30 May 2020, 15:06 Meksika da koronavirusa görə Çini geridə qoydu 30 May 2020, 14:59