Modern.az

Almazbek Atambayev hakimiyyətə təslim oldu - YENİLƏNİB-2

Almazbek Atambayev hakimiyyətə təslim oldu - YENİLƏNİB-2

8 Avqust 2019, 17:35

Qırğızıstanın güc strukturları sabiq prezidenti Almazbek Atambayevi saxlandığı malikanədən çıxarıblar. Atambayev artıq hökumət qüvvələrinə təslim olub. Modern.az Qırğızıstan KİV-nə istinadən xəbər verir ki, o, Koy-Taş kəndindən aparılıb.
 

Atamabayevin tərəfdarları onun maşınını malikanədən buraxmaq istəməsə də, hökumət qüvvələri onu malikanədən çıxarmağa müvəffəq olub. Son hadisələr zamanı daha 5 nəfər, o cümlədən 4 xüsusi təyinatlı yaralanıb. 

2011-2017-ci illərdə ölkəyə rəhbərlik etmiş A.Atambayev korrupsiyada ittiham edilir. Bu ilin iyununda parlament keçmiş prezidenti toxunulmazlıqdan məhrum edib. Məhkəmə təqsirini sübuta yetirsə, onu ömürlük həbs cəzası gözləyir. 


***

Qırğızıstanın güc stukturları sabiq prezidenti Almazbek Atambayevin Bişkek yaxınlığında yerləşən Koy-Taş kəndindəki iqamətgahının ərazisinə girməyə nail olublar.

 

Modern.az Qırğızıstan KİV-nə istinadən xəbər verir ki, yük maşını malikanəni qapılarını dağıdıb, bundan sonra əraziyə daxil olan təhlükəsizlik qüvvələri eks-prezident tərəfdarları ilə toqquşmaya başlayıblar.

 

“Hüquq-mühafizə orqanları səs qumbaraları və gözyaşardıcı qazdan istifadə ediblər. Prezidenti müdafiə edən kütlə isə geri addım atıb. Yük maşının köməyi ilə qapılar açılıb. Atambayevin malikanəsindən atəş açılır”-deyə yerli jurnalistlər hadisə yerindən xəbər verir.


Hücumda iki mindən çox milis nəfəri və xüsusi təyinatlı döyüşçü iştirak edir. Onlara Atambayevin 300-400 nəfərə yaxın tərəfdarı müqavimət göstərir.

***

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin malikanəsinə polis qüvvələri 3-cü dəfə hücum edib.

 

Modern.az Qırğızıstan KİV-nə istinadən xəbər verir ki, polis gücləri artıq Koy-Toş kəndindəki malikanənin həyətinə daxil olub. Paytaxt Bişkekdən kəndə polislə dolu 3 yük maşını, 5 avtobus və 2 mikroavtobus gedib.

 

Almazbek Atambayevin 400-ə qədər tərəfdarı polisə daş və "Molotov kokteyli" ataraq, müqavimət göstərir. Eks-prezident tərəfdarlarının 50-yə qədər odlu silaha sahib olduğu da məlumdur.

 

Bu arada Milli Təhlükəsizlik Komitəsinin sədri Orozbek Opumbayev ötən gün keçirilən əməliyyatın uğursuz başa çatmasına görə istefa ərizəsi yazsa da, prezident Soorunboy Jeenbekov bu istefanı qəbul etməyib.


“Biz hücuma davam edəcəyik. İşi sonuna çatdırmalıyam”-deyə istefasının bir addımlığında olan nazir deyib.

 

Prezident Soorunboy Jeenbekov isə Almazbek Atambayevin şahid kimi deyil, təqsirləndirilən şəxs kimi istinatqa cəlb olunacağını söyləyib. Onu sözlərinə görə, silahlı müqavimətin göstərilməsi ağır cinayət faktıdır.


Xatırladaq ki, ötən gündən bəri qeydə alınan toqquşmalarda 1 nəfər ölüb, 79 nəfər – o cümlədən 27 xüsusi təyinatlı yaralanıb. Ötən gün girov götürülən 6 xüsusi təyinatlının da azadlığa buraxıldığı məlumdur.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi