Modern.az

Eldar Quliyev deputat həmkarlarını QINADI: “Aranızdakı məsələni niyə mətbuata çıxarırsınız?”

Eldar Quliyev deputat həmkarlarını QINADI: “Aranızdakı məsələni niyə mətbuata çıxarırsınız?”

9 Avqust 2019, 16:45

“Öz aranızda olan qarşıdurmaları, polemikaları niyə mətbuatda aparırsınız?”

Bu sözləri Modern.az-a müsahibəsi zamanı deputat Eldar Quliyev Milli Məclisin üzvləri Fəzail Ağamalı və Fazil Mustafa arasında son zamanlar yaşanan gərginlik haqqında danışarkən söyləyib:


“Mən həmin həmkarlarıma üzümü tuturam. Hamımız savadlı, bacarıqlıyıq. Əksər deputatlarımız elmlər doktoru adını alıblar. Belə savadlı insanlar aralarındakı mübahisələri niyə mətbuat vasitəsilə gündəmə gətirirlər? Hər bizimizin görüşdüyü Milli Məclis binası, əlaqə saxladığı mobil telefonları, şəhər telefonları, digər əlaqə vasitələri var. İkilikdə oturub söhbət etmək də mümkündür. Belə olan halda polemikaları mətbuata çıxarmağın bizə nə xeyri var? Mən oxuyuram, erməni mətbuatı yazır ki, azərbaycanlı millət vəkili deyib, Azərbaycan Xalq Cümhuriyyətinə qədər Azərbaycan mövcud olmayıb, onda yaranıb. Bu cür səhv anlaşıla biləcək ifadələrlə düşmənin əlinə imkan vermək bizə lazımdırmı?

Mən Karen Şahnazaryanın Rusiya televiziyalarının birində dediyi fikrini hələ də saxlayıram. O çıxışında dedi ki, Qarabağ əzəli Azərbaycan torpağıdır. Biz bunu təsdiq etməyə çalışırıq, ermənilərin öz dili ilə torpaqlarımızın işğalını etiraf etmələrini istəyirik. Bu halda düşmənin əlinə bizim əleyhimizə olan imkanlar verməməliyik”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi