Modern.az

“Qarabağ”ın avrokubokdakı rəqibi “Linfild” oldu

“Qarabağ”ın avrokubokdakı rəqibi “Linfild” oldu

14 Avqust 2019, 00:40

“Qarabağ” klubunun avrokubokdakı növbəti rəqibi bəlli olub.

Modern.az  xəbər verir ki,  Azərbaycan çempionu Avropa Liqasının pley-offunda Şimali İrlandiyanın  "Linfild" komandası ilə qarşılaşacaq.

Şimali İrlandiya çempionatının qızıl medalçısı qitənin ikinci dərəcəli klub turnirinin III təsnifat mərhələsində "Sutyeska"nı (Monteneqro) yarışdan kənarlaşdırıb. Bu komandalar arasındakı ilk görüş Monteneqroda baş tutub və "Linfild" 2:1 hesabı ilə qalib gəlib.

Şimali İrlandiyakı cavab matçında da ev sahibləri qələbə qazanıblar. "Linfild" rəqibini bu dəfə 3:2 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Avropa Liqasının pley-offu avqustun 21-də və 28-də keçiriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?