Modern.az

BMU məzunu Almaniyanın üç nüfuzlu universitetinə qəbul olundu

BMU məzunu Almaniyanın üç nüfuzlu universitetinə qəbul olundu

Aktual

Bu gün, 14:00

Bakı Mühəndislik Universitetinin (BMU) biologiya (hazırda biotexnologiya) ixtisası üzrə 2024-cü il məzunu Əsli Əlizadə Almaniyanın üç nüfuzlu ali təhsil müəssisəsinin magistratura proqramlarına qəbul olunub.

Universitetdən Modern.az-a bildirilib ki, Reynland-Pfalts Texniki Universiteti (Kayzerslautern - Landau), Kil Universiteti və Reyn Fridrix Vilhelm Bonn Universitetində ətraf mühit elmləri, ətraf mühitin çirklənməsinin idarə olunması (ekotoksikologiya), aqrar genomika və bitki elmləri istiqamətləri üzrə təhsil almaq hüququ qazanıb.

Əsli Əlizadə təhsilini Reyn Fridrix Vilhelm Bonn Universitetində aqrar genomika ixtisası üzrə davam etdirmək qərarına gəlib. Almaniyanın aparıcı tədqiqat universitetlərindən biri olan Bonn Universiteti ölkənin “Mükəmməllik universitetləri” (Universities of Excellence) proqramına daxildir və beynəlxalq akademik nüfuza malik ali təhsil müəssisələri sırasında yer alır.

Məlumata görə, Əsli Əlizadə universitetlərə qəbul hüququnu bakalavriat təhsili dövründə əldə etdiyi 92,07 orta müvəffəqiyyət göstəricisi, müxtəlif layihələrdə fəal iştirakı, ixtisası üzrə keçdiyi təcrübə proqramları, COP29 çərçivəsində könüllü fəaliyyəti, eləcə də “Buğda-Aegilops hibrid populyasiyalarının qabaqcıl nəsillərindən məhsuldar formaların seçilməsi və onların sitogenetik tədqiqi” mövzusunda hazırladığı elmi məqalə əsasında formalaşdırdığı akademik portfel sayəsində qazanıb.

BMU məzunu magistratura təhsilini başa vurduqdan sonra doktorantura təhsili almağı planlaşdırır. O, gələcək fəaliyyətini bitki elmləri, davamlı kənd təsərrüfatı və iqlim dəyişikliklərinin kənd təsərrüfatına təsiri istiqamətlərində qurmağı, elmi-tədqiqat və akademik sahədə çalışaraq bu istiqamətlər üzrə araşdırmalar aparmağı hədəfləyir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya İlham Əliyevi hədəf aldı - Kremldə dəliliyin ən son həddi