Modern.az

Rusiyada hərbi təyyarə qəzaya uğradı

Rusiyada hərbi təyyarə qəzaya uğradı

Aktual

Bu gün, 14:52

Rusiyanın Moskva vilayətində hərbi təyyarə qəzaya uğrayıb.

Modern.az xəbər verir ki, "112" Teleqram kanalının yaydığı məlumata görə, hadisə Odintsovo rayonunda baş verib. İlkin məlumata əsasən, təyyarə Moskva çayı yaxınlığında yerə düşüb.

Bildirilib ki, pilot katapult edərək xilas olmağı bacarıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Qəza ilə bağlı məlumatı REN TV-nin Teleqram kanalı da təsdiqləyib. Lakin hadisənin səbəbi və qəzaya uğrayan təyyarənin növü barədə hələlik rəsmi məlumat açıqlanmayıb.

Xatırladaq ki, bundan əvvəl də Rusiyanın Svirsk şəhəri yaxınlığında Tu-22M3 səsdən sürətli bombardmançı təyyarəsi qəzaya uğramışdı. Sosial şəbəkələrdə yayılan görüntülərdə təyyarənin tarlaya düşdüyü, qalıqların yandığı və ərazidən qara tüstünün qalxdığı görünürdü.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya İlham Əliyevi hədəf aldı - Kremldə dəliliyin ən son həddi