Modern.az

UNEC-də Xəzərin ekoloji vəziyyəti tədqiq olunacaq

UNEC-də Xəzərin ekoloji vəziyyəti tədqiq olunacaq

Aktual

Bu gün, 14:56

UNEC-in Laboratoriya İşinin Təşkili Mərkəzinin direktoru, “Mühəndislik və tətbiqi elmlər” kafedrasının dosenti Ramil Sadıqov, Ekologiya mühəndisliyi ixtisasının rəhbəri dosent Mövlud Hüseynov və dosent Gəray Mirzəyev tərəfindən kafedranın büdcə təyinatlı elmi-tədqiqat işi çərçivəsində Abşeron yarımadasının sahil zolağında və Xəzər dənizinin şelf zonasında çöl tədqiqatları aparılıb.

Modern.az xəbər verir ki, tədqiqat zamanı laborator analizləri üçün torpaq və su nümunələri, həmçinin şelf zonasının dibindən makrozobentos nümunələri götürülüb. Toplanmış nümunələr torpaqların ağır metallarla çirklənmə səviyyəsinin, makrozobentosların vəziyyətinin və ekoloji çirklənmənin onlara təsirinin öyrənilməsi məqsədilə müvafiq qaydalara uyğun qablaşdırılaraq analizlərə hazırlıq üçün UNEC-in Ekologiya laboratoriyasına təqdim edilib. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya İlham Əliyevi hədəf aldı - Kremldə dəliliyin ən son həddi